Tarix : 2011 Sep 02
Kod 25104

Zərdüşt Əlizadə: “Türkiyə və Gürcüstanla konfederativ münasibətlər qurula bilinəcəyinə inanmıram”

Son dövrlər mətbuatda Azərbaycanın Türkiyə ilə konfederativ əlaqələr qurması mövzusu müxtəlif aspektlərdən müzakirə edilir
well/Aran agentliyi

 

 

Son dövrlər mətbuatda Azərbaycanın Türkiyə ilə konfederativ əlaqələr qurması mövzusu müxtəlif aspektlərdən müzakirə edilir. Bir çoxları Azərbaycanın adı çəkilən ölkə ilə bu cür əlaqələr qurmasını yüksək qiymətləndirsə də, bəziləri bunu real hesab etmirlər.

Mövzu haqda “Deyerler.org”a müsahibə verən politoloq Zərdüşt Əlizadə,  Türkiyə ilə Azərbaycan arasında konfederativ münasibətlərin qurulmasını o qədər də ağlabatan hesab etmir.Politoloqun fikrincə, hər iki dövlətin maraqları kifayət qədər fərqlənir: “Bu dövlətlərdə hakim zümrələrin maraqları kifayət qədər fərqlidir. Mən bu iki dövləti birləşdirəcək ideya, məqsəd görmürəm. Sadəcə, düşünürəm ki, bu iki dövlət arasındakı münasibətlər, anlaşma, əməkdaşlıq yaxşı olmalıdır. Amma Türkiyə və Azərbaycanın vahid – istər federativ, istərsə də konfederativ dövlət səviyyəsində birləşməsinə inanmıram”.

Eyni zamanda politoloq Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin Gürcüstan-Azərbaycan Konfederasiyasının yaranması haqda müsbət fikirlərinə münasibət bildirərkən qeyd edib ki, o, bu cür layihələrin gerçəkçi olduğuna inanmır və bunu mümkünsüz hesab edir.

Deyerler.org

  • Yazılıb
  • da (də) 2011 Sep 02