Tarix : 2011 Sep 04
Kod 25124

Azərbaycan Türkiyə ilə İsraili barışdırmaq istiyir

Azərbaycan iki ölkə arasında barışdırıcı missiyanı da öz üzərinə götürə bilər
well/Aran agentliyi

Azərbaycan iki ölkə arasında barışdırıcı missiyanı da öz üzərinə götürə bilər.

Məlum olduğu kimi, artıq qardaş Türkiyə ilə İsrailin münasibətlərində bir gərginlik yaşanmaqdadır. Vəziyyət o həddə çatıb ki, hətta iki ölkənin münasibətlərinin müharibə həddində olduğunu anons edənlər də var.

Onu da bildirək ki, bu münasibət gərginliyinə artıq rəsmi Bakı da reaksiya verib.

Azadxeber.az saytının "Poliqon Analitik İnformasiya Agentliyi"nə istinadən verdiyi xəbərə görə, həm Türkiyə ilə və həm də İsraillə yaxşı münasibətləri olan Azərbaycan iki ölkə arasında barışdırıcı missiyanı da öz üzərinə götürə bilər:

«Hətta bu barədə Bakıdan hər iki ölkəyə konkret təkliflər də göndərilib. Doğrudur, Ankarada Azərbaycanın bu davranışlarına soyuq yanaşılsa da, niyyətin xoşməramlılığına görə artıq təşəkkür elan edilib. Lakin İsrail Bakının araçılığına müsbət yanaşdığını ifadə edib». 

  • Yazılıb
  • da (də) 2011 Sep 04