Tarix : 2011 Sep 04
Kod 25127

Sərkisyan: “Dağlıq Qarabağın gələcək statusu indikindən aşağı ola bilməz”

Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 1-də Azərbaycan Respublikasinın işğal olunmuş ərazisinə gəlib
well/Aran agentliyi

 

Bakı mediasının verdiyi məlumata görə, Xankəndidə çıxış edən Sərkisyan işğalçı rejimin təhlükəsizliyi, sosial və mədəni inkişafı üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi davam edir: “Biz bəzilərindən fərqli olaraq həqiqəti xalqdan gizlədib arzularımızı həqiqət kimi qələmə vermirik. Bizim mövqeyimiz dəqiqdir: Dağlıq Qarabağın gələcək statusu indiki statusundan aşağı ola bilməz”.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan Rayon Xalq Deputatları sovetlərinin birgə sessiyasında separatçı “Dağlıq Qarabağ Respublikası” elan edilib. Sərkisyanın Qarabağa gəlişində məqsəd bu hadisənin 20-ci ildönümünü bayram kimi qeyd edən separatçıların tədbirinə qatılmaq olub.

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 04