Tarix : 2011 Sep 04
Kod 25128

Ermənilər 3 istiqamətdə mövqelərimizi atəşə tutublar

Qarşı tərəf bütün hallarda cavab atəşilə susdurulub
well/Aran agentliyi

 

Ermənistan silahlı qüvvələrinin bölmələri bir necə istiqamətdə atəşkəsi pozub. Erməni ordusu sentyabrın 3-də saat 05.40-dan 05.50-dək Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, avqustun 2-də saat 12.00-dan 12.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.00-dan 22.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düqarşı tərəf cavab atəşi ilə susdurulub.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Sep 04