Tarix : 2011 Sep 04
Kod 25129

''Bundan sonra Türkiyəyə turist kimi gələcəm''

İsrail səfiri Gaby Levy ilk dəfə olaraq açıqlama verib
well/Aran agentliyi

Türkiyənin İsrailə sanksiyalar tətbiq etməsindən sonra İsrail səfiri Gaby Levy ilk dəfə olaraq açıqlama verib.

İslamazeri.az-ın İHA-ya istinadən verdiyi xəbərə görə, səfir deyib: "Bundan sonra Türkiyəyə turist kimi gələcəm".Dörd ildir Ankarada çalışan Levynin fəaliyyət müddəti başa çatmışdı. İndi İsrail Ankaraya səfir göndərə bilməyəcək.Bildirək ki, mətbuata yayılan BMT-nin hesabatı Türkiyənin əleyhinə olduğu üçün xarici işlər naziri Əhməd Davudoğlu dünən mətbuat konfransı keçirərək qəbul edilən qərarları açıqlamışdı.

Qeyd edək ki, Türkiyə "Mavi Mərmərə" basqınından sonra İsrailin üzr istəməsini və təzminat ödəməsini istəyir.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 04