Tarix : 2011 Sep 05
Kod 25146

“Eurovision” müsabiqəsinin təşkilatçıları da hakimiyyətə tənqid yağdırdı

''Eurovision'' bayağı mahnı müsabiqəsinin Bakıda kəçirilməsinə candan - başdan gedən Azərbaycan, müsabiqə təşkilatçıları tərəfindən tənqid atəşinə tutulub
well/Aran agentliyi

 

 

"Eurovision" bayağı mahnı müsabiqəsinin Bakıda kəçirilməsinə candan - başdan gedən Azərbaycan, müsabiqə təşkilatçıları tərəfindən tənqid atəşinə tutulub.

"Eurovision" bayağı mahnı müsabiqəsinin təşkilatçıları Azərbaycan hakimiyyətini vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasına son qoyulmasına, həmçinin siyasi və digər azadlıqların təmin olunmasına çağırıb.

Bu barədə bəyanat təşkilatçılarının saytında yerləşdirilib: Məlumatda deyilir ki, Avropa Yayım Şurası Bakıda ermənilərin də iştirak edəcəyi müsabiqəyə, iştirakçıların təminatı ilə bağlı rəsmi Bakı yazılı zəmanət verməlidir.

Təşkilatçılardan olan Markus Leninq Azərbaycan hökumətini sərt tənqid edib və deyib ki, növbəti müsabiqə avtoritar prezident İlham Əliyevin idarə etdiyi ölkədə keçiriləcək.

Eurovision-2012 mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycan Respublikası gənclərinin bayağılaşdırılmasında kulminasiya nöqtəsi kimi dəyərləndirilir.

Xüsusilə də sionist rejimin Bakıdakı səfirliyi ifşa etdi ki, Azərbaycan Respublikasının Eurovision-2011 mahnı müsabiqəsinə göndərdiyi müğənni Eldar Qasımovu bu rejimin musiqi mütəxəssisləri yetişdiriblər. Bakıdakı İsrail səfirliyi bildirib ki, Eldar 2007-ci ildə İsrail mədəniyyət mərkəzindən Bakıya gəlib və Tağıyevdən dərs alıb.

Eldar Qasımov İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri zamanı İsionist rejimin himnini ivrit dilində oxuyub.

 

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 05