Tarix : 2011 Sep 05
Kod 25148

Yeni dərs ili yaxınlaşdıqca Azərbaycanda dindar ailələrin hicabla nigərançılığı artır

Azərbaycanda hicablı şagird və müəllimlərin məktəbə hicablı girişi qadağan olduğu üçün yeni ili yaxınlaşdıqca İslam əsaslarına bağlı ailələrin bu mövzu ilə əlaqədar nigərançılığı artır
well/Aran agentliyi

 

Azərbaycanda hicablı şagird və müəllimlərin məktəbə hicablı girişi qadağan olduğu üçün yeni ili yaxınlaşdıqca İslam əsaslarına bağlı ailələrin bu mövzu ilə əlaqədar nigərançılığı artır.

Arannews”in məlumatına əsasən, Azərbaycanda keçən dərs ilindən bəri məktəblərdə hicab qadağan olduğu üçün dindar ailələri çoxlu problemlərlə üzləşiblər. Hal-hazrda da yeni dərs ili yaxınlaşıb, amma şagirdlərin hicab problemi həll olmamaqdan əlavə, müəllimlərə də hicab qadağan olubdur.

Bu xəbərə əsasən, hicabın məktəblərdə qadağan olduğu dekabr  ayından başlayaraq, dindarlar onun ləğvi üçün çoxlu səylər göstərsələr də nəticəsiz qalmışdır. Bu səylərdən onların keçirdiyi çoxlu aksiyalara və toplantılara işarə etmək olar. Bu aksiyaların nəticəsində bir çox dindarlar və fəallar, o cümlədən doktor Mövsüm Səmədov həbs olunublar və hələ də onlara qarşı müxtəlif yersiz ittihamlar irəli sürülür. Dindarların hicab qadağanının aradan qaldırılması üçün atddığı son addımlardan biri də 100000 imza toplanması idi. Amma yüzmindən yuxarı imza toplanmasından sonra hicab qadağanını ləğv etməməkdən əlavə, AR təhsil nazirliyi dindarlara aşkara təhqir əlaməti olaraq hicab qadağanını müəllimlərə də şamil etdi.

Hal-hazırda islami fəallar və Azərbaycan xalqı Bakı dövlətinin islamofobiya siyasətlərində sionist rejimini səbəbkar bilirlər. Buna görə də Beynəlxalq Qüds Günü yüksək təhlükəsizlik tədbirlərinin həyata keçməsinə baxmayaraq, Bakı dövləti Azərbaycanın hər bir yerində sionist əleyhinə aksiyaların və konfransların şahidi oldu.

İndi Azərbaycan xalqının Bakı dövlətindən tələbi budur ki, öz siyasətlərində Türkiyədən örnək alsın və Türkiyə kimi o da İsrail səfirini öz ölkəsindən qovsun, sionist rejimi ilə əlaqələrini kəssin və şiə əleyhinə siyasətlərinə son qoysun.

  • Yazılıb
  • da (də) 2011 Sep 05