Tarix : 2011 Sep 05
Kod 25158

İslami oyanış Qafqaza çatıb

İslami Oyanış Beynəlxalq Konfransının baş katibi deyib: İslam dünyasının heç bir yeri və ondan kənar başqa yerlər islami oyanışdan təsirsiz deyillər
well/Aran agentliyi

 

İslami Oyanış Beynəlxalq Konfransının baş katibi deyib: İslam dünyasının heç bir yeri və ondan kənar başqa yerlər islami oyanışdan təsirsiz deyillər.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və İslami Oyanış Beynəlxalq Konfransının baş katibi Əli Əkbər Vilayəti jurnalistlərlə mətbuat konfransı keçirib.

"İslami oyanış Qafqaz, xüsusilə müsəlman Azərbaycan Respublikasına da çatıbmı?" sualını cavablandıran Əli Əkbər Vilayəti deyib: İslam dünyasının heç bir yeri və başqa yerlər islami oyanışdan təsirsiz deyillər.

NATO və ABŞ-ın bu gün İraq, Əfqanıstan, Somali, Fars körfəzi məntəqəsi, Türkiyə, Qırğızıstan və Azərbaycan Respublikasında bazası var. Bu bazalar Sovet İttifaqının dağılmasından sonra qərbin islam dünyası ilə mübarizəsinə təmərküzləşib.

Dünyanın əsas siyasi proseslərinin mehvərinin islam ölkələri olduğunu qeyd edən Vilayəti söyləyib: ABŞ-ın sabiq prezidenti 11 sentyabr hadisəsindən sonra dedi ki, xaç yürüşləri başlayıb. Bu məsələ islam dünyası qarşısında onların ifratçı sionist düşüncələrinin bəyan edicisidir.

İslami Oyanış Beynəlxalq Konfransının baş katibi region proseslərinin İmam Xomeyni (rə) qiyamından mənşə aldığını bəyan edərək deyib: İslami olması, ictimai olması və imperializmlə mübarizə regionun bütün inqilablarının oxşar xüsusiyyətləridir.

Vilayəti region inqilablarının ən önəmli zərəri barəsində bildirib: Bu hərəkətləri təhdid edən ən önəmli məsələ budur ki, islam dünyasının mütəfəkkirləri və ölkələrdə islami oyanış ideyası xəttini planlaşdıranlar mübarizədən yorulmuş xalqı səhnədə saxlamasınlar. İslami oyanış və xalqın tələblərindən yayınmaq bu inqilabları təhdid edən önəmli amildir.

Böyük Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri sözlərini davam edib: İranın inqilab ölkələrinə kömək etməsi ilə bağlı deyilənlərlə müqayisədə bildirmək lazımdır ki, İran beynəlxalq qanunları pozmadan və ölkələrin daxili məsələlərində müdaxilə etmədən zülm qarşısında dayanan hər bir ölkəyə kömək edir.

İslami Oyanış Beynəlxalq Konfransı 17-18 avqustda dünyanın 80 ölkəsindən 500-dən çox xarici və 200 daxili mütəfəkkirin iştirakı ilə Tehranda keçiriləcək.

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 05