Tarix : 2011 Sep 06
Kod 25171

İsrail parlamenti ''erməni soyqırımını'' tanıyacaq?

İsrail, Mavi Mərmərə hesabatından sonra Türkiyənin atdığı addımlara qarşı hücuma keçir
well/Aran agentliyi

 

İsrail Parlamentində "Erməni soyqırımı" iddialarının gündəmə gəlməsinin planlandırılması bildirilir.

İslamazeri.az-ın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə,  İsrail Milli Birlik Partiyasından Knesset (parlament) üzvü Arye Eldad, "İsrail Səfirini ölkədən qovan Türkiyə bunun əvəzini ödəməlidir" deyib.

Mavi Mərmərə hadisəsi əsnasında "yaralanan" İsrail əsgərləri üçün Türkiyədən təzminat tələb edilməsi lazım olduğunu bildirən Eldad, "Erməni soyqırımının tanınması üçün" parlament işə başlayan kimi bir qanun təqdim edəcəyini söyləyib.

ABŞ-dakı Erməni diasporu, İsrailin Ankaraya bir cavab olaraq "Erməni soyqırımı" tanıyacağını bildirir. Bu isə ğz növbəsində ABŞ-dakı güclü və təsirli İsrail lobbisi ilə erməni lobbisi arasında son illərdə güclənən əlaqələri daha da yaxınlaşdıracaq.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Sep 06