well/Aran agentliyi
Mənim 13 yaşım var. Məni 6 il getdiyim məktəbdən uzaqlaşdırıblar. Məni də məktəbə getməyə qoymurlar. Biz hicab davamçıları olaraq, yenə də ümüd etməliyik. Amma haqqımızı da istəməliyik. Mən hər dəfə özümə sual verirəm: “bizim digər uşaqlardan nə fərqimiz var ki?!”. Amma bu sualıma nə özum cavab verə bilirəm, nə də ki, başqaları. Biz sadəcə xanımlar xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə.) bizə yadigar qoyub getdiyi, bizə əmanət etdiyi hicabımıza sahib çıxdıq. Bu da bir təhsil, bir hava kimi, su kimi bizə lazimdir. Hər dəfə zəng gəldiyində:
- İnşaallah, bu dəfə yaxşı bir xəbərdir, – deyə sevinclə, həyəcanla, bir az da qorxuyla telefonu əllərim titrəyərək götürürəm. Yenə də gözlədiyim xəbər olmur. Gözləmək daha çətindir. İçimdə çox böyük, günü-gündən böyüyən, səbrimi tükədən bir qorxu var. Qorxuram ki, birdəm gözlədiyim xəbər olmaz. Mən artıq məktəbə getmək istəyirəm. Heç kəsə yox, yalnız Allaha güvənirəm. Ona ümüd bağlayıram.
Mənim sinif yoldaşlarım hər gün mənə zəng edib, nə cavab gəldiyini soruşurlar. Mən isə onların bu sualları qarşısında aciz qalıram. Deyəcək heç bir sözüm olmur. Bizi nə üçün məktəbə qoymadıqlarını düşünəndə, insan dəhşətə gəlir. Doğrudanmı, dinimiz, hicabımız təhsilimiz üçün maneədir? Onlar bu işlərində israrlıdır. Bizimsə dua etməkdən, səbrlə gözləməkdən başqa çarəmiz yoxdur.
Allahım, Səni and verirəm izzətinə, bizləri əliboş buraxma. Bilirəm, Sən bizi yarı yolda buraxmazsan. Allahım, tək mən deyiləm, minlərcə insan Sənə əl açıb yalvarır. Nə olar Rəbbim, bizi onların dediklərinə əməl etməyə məcbur buraxma. Hər nə günahımız varsa Sənin yanında, bizi bununla, təhsilimizlə, gələcəyimizlə, imtahana çəkmə! Bilirəm, bir gun o yaxşı xəbər gələcək, Sən dualarımızı qəbul edəcəksən.
Bizə bu problemlərlə bağlı kömək edən hər kəsə təşəkkur edirəm.
Ümmü Gülsüm/Deyerler