Tarix : 2011 Sep 06
Kod 25176

Əliyev hicab qadağasını ABŞ rəsmisi ilə məsləhətləşdikdən sonra tətbiq edib

Azərbaycan Respublikası Prezidenti məktəblərdə hicab qadağasını ABŞ rəsmisi ilə məsləhətləşdikdən sonra tətbiq edib
well/Aran agentliyi

 

Azərbaycan Respublikası Prezidenti məktəblərdə hicab qadağasını ABŞ rəsmisi ilə məsləhətləşdikdən sonra tətbiq edib.

Bu WikiLeaks saytında yer alan ABŞ-ın Bakı səfirliyində hazırlanan 23 yanvar 2009-ci il tarixli kriptoqramdan bəlli olub.

Kriptoqramdan məlum olub ki, 2009-ci il 23 yanvarda ABŞ yetkilisi ilə İ. Əliyev arasında keçirilən görüşdə hicab mövzusu və hicaba görə Azərbaycanda Türkiyə seriallarının qadağan edilməsi müzakirə olunub.

Bu görüşdə İ. Əliyev ABŞ rəsmisinə izahatında Türkiyə serialları ilə bağlı embarqonun İslamçılıq təhlükəsindən qaynaqlandığını söyləyərək, seriallarda qadınların hicabla göstərilməsindən narahat olduğunu deyib.

WikiLeaks saytında yer alan ABŞ-ın Bakı səfirliyinin sənədində, Əliyevin bu sözləri belə yazılıb: "İranlı çadralı qadınlara baxanda gülürük. Amma insanlar, Türkiyəli qadınları hicablı görəndə başqa cür qarşılaya bilər."

Qeyd etmək lazımdır ki, bu kimi müzakirələrin ardınca Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2010-cu təhsil ilinin əvvəlindən orta məktəblərdə vahid məktəbli formasından istifadənin məcburi elan olunması bəhanəsi ilə məktəblilərə islami hicabdan istifadəni qadağan etdi.

Bunun ardınca, orta məktəblərdə hicabdan istifadəyə qoyulan qadağa ötən bir ildə ölkədə ciddi siyasi-ictimai böhranın başlanmasına səbəb oldu.

Azərbaycan Respublikasında xalqın geniş etirazı ilə üzləşən hicab qadağasının ardınca 40-dan çox islamçı və ruhani o cümlədən İslam Partiyasının sədri Hacı Möhsün Səmədov həbs olunaraq, zindana salındı.

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 06