Tarix : 2011 Sep 07
Kod 25182

Azərbaycan xalqı rüşvət əsasında işləyən idarə sistemindən cana doyub

Lənkəranlı dindar: Üç ildir ki, oğlum avtomobil qəzası nəticəsində ölmüşdür. Dindar ailə olduğumuz üçün məhkəmədə bizə əhəmiyyət vermirlər
g/Aran agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

“Arannews”in Bakıdan verdiyi məlumatda, Azərbaycan xalqının rüşvət əsasında işləyən idarə sistemindən cana doyması bildirilir. Azərbaycan xalqı, xüsusilə də bu ölkədə yaşayan talış və ləzgi kimi qeyri-azəri millətlər, dindarlar, pataxtdan uzaq şəhərlərin sakinləri ölkəni bürümüş rüşvətdən, dövlətin idarə sistemində yaranmış soyğunçuluqdan artıq beziblər.

AR xalqının bir qrup camaatı “Arannews”in müxbirilə söhbətlərində bildiriblər ki, iş elə bir həddə çatıb ki, ən sadə bir bank işi üçün gərək rüşvət verəsən, başqa sözlə “hörmət” edəsən.

Talış xalqından olan Bakı şəhərində yaşayan bir taksi sürücüsü deyir: “Bizim ölkəmizdə bir neçə tayfaya (dövlət adamlarına və onların qohumlarına) bağlı olmayan camaat çox çətinliklə yaşayırlar. Xüsusilə də biz talışların hətta ilkin və əsas hüquqlarımıza da riayət olunmur. Mən gündəlik qazancımın yarısını polis məmurlarına verməyə məcburam”.

İdarə işinin həlli üçün Bakıya gedən Lənkəran dindarlarından biri deyir: “Üç ildir ki, oğlum avtomobil qəzası nəticəsində ölmüşdür. Dindar ailə olduğumuz üçün məhkəmədə bizə əhəmiyyət vermirlər. Bu üç ildə Bakı-Lənkəran yolunu gedib-gəlməkdən yorulmuşam”.

Qeyd edək ki, AR Prezidenti müsəlman ölkələrində xalq inqilablarının başlanmasından sonra ölkənin idarə sistemində islahatlar aparacağına söz vermişdi. Amma ölkə xalqının sözlərinə əsasən, bu mövzuda hələ də heç bir əsaslı dəyişiklik nəzərə çarpmır.

  • Yazılıb
  • da (də) 2011 Sep 07