Tarix : 2011 Sep 06
Kod 25200

''Müsəlman ölkələri NATO-nun mənfəətlərinə xidmət etməməlidir''

Türkiyə dövlətinin NATO-nun raketdən müdafiə sisteminin öz torpaqlarında yerləşdirilməsinə razılıq verməsi ardınca İran İslami Şura ...
well/Aran agentliyi

 

Türkiyə dövlətinin NATO-nun raketdən müdafiə sisteminin öz torpaqlarında yerləşdirilməsinə razılıq verməsi ardınca İran İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası rəhbəri Əlaaddin Burucerdi bildirib ki, "Müsəlman ölkələri NATO-nun mənfəətlərinə xidmət etməməlidir."

"Mehr" xəbər agentliyinə açıqlama verən Burucerdi, "Müsəlman ölkələri, əməkdaşlıq və imkanlarını birləşdirmə yoluya bir-birlərinə olan etibarı artırmalıdırlar. Təhlükəsizliklərini təmin etməli və bölgədə təhlükəsizliyi azaldacaq hərəkətlərə yol verməməlidirlər. Bölgədə NATO-nun mənfəətlərinə xidmət edən addımlar atmamalıdırlar. NATO bölgədə təhlükəsizliyəxidmət etmədiyi kimi, böyük bir sabitliksizlik qaynağıdır. Əfqanıstan və İraqdakı müdaxilələri də, NATO-nun bölgədə yalnız öz mənfəətlərinin arxasında olduğunu göstərdi."

 

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 06