Tarix : 2011 Sep 06
Kod 25204

İsrail Türkiyəyə qarşı hiylə işlədir

İsrail parlamentində qondarma “Erməni soyqırımını” müzakirəyə çıxartmağı planlaşdırır
well/Aran agentliyi

 

İsrail rejimi BMT-nin Mavi Mərmərə hesabatından sonra, Türkiyənin İsrailə qarşı hazırlamış 5 illik paketinə cavab olaraq, İsrail parlamentində qondarma “Erməni soyqırımını” müzakirəyə çıxartmağı planlaşdırır. İsrail Milli Birlik partiyasının parlamentdəki nümayəndəsi Arye Eldad, Türkiyə hökümətini  İsrail səfirliyini ölkədən çıxartdığına görə kəskin tənqid edib. Arye Eldad “İsrail səfirliyini ölkədən çıxardan Türkiyə bunun əvəzini ödəməli və Mavi Mərmərə hadisəsində yaralanan İsrail əsgərlərinə kompensasiya ödəməlidir. ”, -deyə bildirib. Bundan əlavə Eldad yaxın günlər ərzində Erməni soyqırımının tanınması üçün parlamentə yeni bir qanun layihəsini təqdim edəcəklərini qeyd edib. 

İsrail tərəfindən bu təklifi irəli sürüldükdən sonra ABŞ-dakı Erməni diasporası hərəkətə keçib. Bununla bağlı artıq ABŞ-da olan İsrail və Erməni lobbisi müəyyən işlər görməyə başlayıblar.

Faktxeber

  • Yazılıb
  • da (də) 2011 Sep 06