Tarix : 2011 Sep 07
Kod 25205

Daha bir vəkilin Vəkillər Kollegiyasından uzaqlaşdırılacağı gözlənilir

Elçin Namazov: “Bunu çoxdan istəyirdilər, Məhkəmədə bunu təsdiqləyəndən sonra işləri daha çox asanlaşdı”
well/Aran agentliyi

 

Sentyabrın 7-də vəkil Elçin Namazova təzyiqlərin qarşısının alınması istiqamətində tədbir keçiriləcək. Bu haqda məlumatı vəkil sosial şəbəkədə özünə məxsus profilində məlumat vermişdir.

İlk tədbirin ayın 7-də saat 12:00-da Azərbaycan Media Mərkəzində keçrilməsi planlaşdırılır. Tədbirin mövzusu vəkil Elçin Namazov və digər həmkarlarına edilən təzyiqlər olacaqdır. Daha sonra isə vəkil həmfikirlərini eyni gündə saat 14:00-da onunla birlikdə Vəkillər Kollegiyasına getməyə çağırıb. “Bu məqsədlə beynəlxalq təşkilatlara, səfirliklərə və hüquq müdafiəçilərinə müraciət olunub. Təklif olunub ki, kollegiyada keçiriləcək dinləmələrdə birgə iştirak edək”, - deyə E.Namazov qeydlərində bildirimişdir.

Mövzu ilə bağlı Deyerler.org -a açıqlamasında Elçin Namazov bildirmişdir: “Məni Vəkillər Kollegiyasına çağırmışdılar. Bundan sonra bir qalır cinayət işi məsələsi. Sabah vəkillərə edilən təzyiqlərlə bağlı müzakirələr olacaqdır. Tədbiri ictimai insanların, vəkillərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirməyə hazırlaşırıq. Orada da yəqin bir qərar veriləcəkdir. Bununla bərabər, artıq hüquq müdafiəçiləri mənim işimlə bağlı müdafiəm üçün bəyənat hazırlayıb yayıblar”.

Elçin Namazov, həmkarları Osman Kazımov və Xalid Bağırovun aqibəti ilə də üzləşə biləcəyini nəinki istisna etmir, hətta proseslərin buna doğru aparıldığını deyir: “Yəni ümumilikdə belə güman edilir və işin gedişi onu göstərir ki, məni də digər vəkillər kimi Vəkillər Kollegiyasından uzaqlaşdıracaqlar. Çünki bunu çoxdan istəyirdilər, Məhkəmə də bunu təsdiqləyəndən sonra işləri daha çox asanlaşdı. Çünki bu xəbər əvvəl mənə gəlib çatmışdı ki, Vəkillər Kollegiyası məni oradan uzaqlaşdırsın”.

Deyerler

  • Yazılıb
  • da (də) 2011 Sep 07