Tarix : 2011 Sep 07
Kod 25208

Bakı hələ də İrana qarşı separatçılığa çalışır

İrana qarşı separatçılıq çalışmalarının davamında, Bakı mediaları Azərbaycan Respublikasının paytaxtında daha bir anti-İran qrupun mövcudluğundan xəbər veriblər
well/Aran agentliyi

 

İrana qarşı separatçılıq çalışmalarının davamında, Bakı mediaları Azərbaycan Respublikasının paytaxtında daha bir anti-İran qrupun mövcudluğundan xəbər veriblər.

Bu xəbərə əsasən, Bakıda İrana qarşı separatçılıq məqsədini izlədiyini bildirən "Vahid Azərbaycan Qadınları Parlamenti" adlı qruplaşma mövcudluğunu elan edib.

Bu anti-İran separatçı qruplaşmaya folalogiya elmləri namizədi Nuriyə Şərqi, tarix elmləri namizədi və Milli Elmlər Akademiyasının üzvü Yasəmən Qaraqoyunlu, dilçilik elmləri namizədi Zümrüd Yağmur, Ümid partiyasının ictimai məsələlər üzrə sədr müavini Aynurə İmranova, fəlsəfə elmləri namizədi və Milli Elmlər Akademiyasının işçisi Alov Eyvazova, Türkiyənin Mavi Mərmərə Universitetinin doktorluq məzunu Gülarə Yenisey və İrandan Nazlı Sulduzlu adlı bir şəxs üzvdür.

Bu anti-İran qruplaşması məqsədini "Azərbaycan birliyi" ideyasının təbliği olduğunu bildirib.

Azərbaycan Respublikasında İrana qarşı separatçı təbliğatlarla məşğul olan belə qruplaşmalar adətən Diaspora İşləri üzrə Komitə, Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən maliyyə cəhətdən, digər tərəfdən isə sionist rejim, ABŞ və İngiltərə tərəfindən ideya cəhətindən təmin olunurlar.

Ötən 20 ildə Azərbaycan Respublikasının daxili "millətçi" partiya və təşkilatları kənarında Bakıda İrana qarşı fəaliyyət üçün BAB, DAK, QAMOH, CAMAH və s... kimi qruplaşmalar təşkil olunmuşlar. Bakı bütün bu hallarda barəsində Azərbaycan Respublikasında demokratiya və azadlığın bərqərar olunmasına dair əsassız iddia ilə məsuliyyətindən boyun qaçırır

  • Yazılıb
  • da (də) 2011 Sep 07