Tarix : 2011 Sep 07
Kod 25209

Qadın hicabının hörməti və heysiyyəti ilahi haqq və əmanətdir

Quran-Kərim baxışında qadın hicabının hörməti və heysiyyəti ilahi haqq və əmanətdir
well/Aran agentliyi

 

 

Qum Dini Elmlər Hövzəsinin tanınmış müəllimlərindən Ayətullah Cavadi Amuli hicab barəsində irəli sürülmüş şübhələri rədd edərək vurğulayıb: Quran-Kərim baxışında qadın hicabının hörməti və heysiyyəti ilahi haqq və əmanətdir.

İsra Vəhy Elmləri Beynəlxalq Müəssisəsinin informasiya portalının məlumatına görə Ayətullah Cavadi Amuli qeyd edib: Bəzi şəxslərin zehnində olan şübhə bundan ibarətdir ki, onlar hicabın qadın üçün məhdudiyyət olduğunu xəyal edirlər. Belə ki, bu məhdudiyyət ailə və onu həyat yoldaşına asılı edib və buna görə hicab qadının zəifliyi və məhdudiyyət nişanəsidir.

"Bu şübhənin həll yolu və Quran Kərim baxışında hicab belə bəyan olunur: Hicabın təkcə qadının özünə bağlı olması deyil ki, qadın öz haqqından keçməsini desin. Qadın hicabı kişiyə bağlı deyil ki, kişi deyə mən razıyam. Qadının hicabı ailəyə bağlı deyil ki, ailə üzvləri razılıq versinlər. Qadın hicabı ilahi haqdır" -deyə Ayətullah Cəvadi Amuli bildirib.

Ayətullah Cəvadi Amuli əlavə edib: Qərb dünyasında və qərb qanunlarına yoluxmuş ölkələrdə əgər qanun ərliliyi aludə olarsa və həyat yoldaşı qəbul edərsə, onların qanunları işi bağlanmış elan edir. Lakin islamda belə deyil. Qadına hörmət nə qadının özünə, nə həyat yoldaşın, qardaşına və nə də ki, övladlarına aiddir. Bunların hamısı razılıq belə versə, Quran razı olmayacaq. Çünki qadının hörməti, qadının heysiyyəti Allahın haqqı kimi irəli sürülür və Allah-taala qadını məhəbbət sərmayəsi ilə yaradıb ki, mülayimlik müəllimi və məhəbbət müraciətini gətirən olsun. Əgər ictimaiyyət bu mülayimlik və məhəbbət dərsini tərk edərsə və şəhvət və ehtiras arxasınca gedərsə, həmin fəsada mübtəla olur ki, qərbdə zühur edib. Buna görə heç kimi haqqı yoxdur ki, desin mən hicabın olmamasına razılıq verdim. Quran-Kərim deyir ki, hər bir qrup razı olarsa, siz ilahi həddi aludəlik qarşısında icra edəsiniz, məlum olur ki, qadının isməti Allahın haqqıdır və heç kimə aidiyyəti yoxdur.

"Ailənin bütün üzvləri, ictimaiyyətin bütün üzvləri və xüsusilə də qadın ilahi əmanətin əmanətdarıdırlar. Qadın Quran baxışında Allahın haqqının əmanətdarı kimi irəli sürülür. Yəni bu məqam, bu hörmət və heysiyyət öz haqqı olan Allah-taala qadına verib və buyurub: Mənim bu haqqımı əmanət kimi qoru. Bu zaman ictimaiyyət belə formalaşır ki, siz İranda onu görürsünüz. Dünya İran qarşısında diz çöküb. Çünki müharibə məsələsində son ana qədər səbir etdi və məhəbbət, mülayimlik və mehribanlığın əksinə iş görmədi. Baxmayaraq ki, onun düşmənləri günahsız insanları kütləvi şəkildə qırğın etməklə yaşayış massivlərinə hücumu qanuniləşdirdilər. Quranın hakim olduğu cəmiyyətdə, cəmiyyət məhəbbətdir və üstünlüyü ondadır ki, onun yarısı məhəbbət müəllimlərinin öhdəsindədir və onlar analardır" -deyə Ayətullah Cavadi Amuli söyləyib.

Ayətullah Cavadi Amuli "Qadınlar naməhrəm kişiləri və kişilərdə onları görməsinlər" ifadəsi ilə bağlı Quran-Kərimin ayəsinə toxunaraq əlavə edib: Hicab naməhrəmlərin qadına heyvani baxışla baxmamaları üçün ona hörmət etməkdən ibarətdir. Buna görə qeyri-müsəlman qadınlara mənəvi cəhətdən korlama məqsədi ilə olmazsa, baxmağı caiz hesab edir. Səbəbi budur ki, qeyri-müsəlman qadınlar bu hörmətdən yararlı deyillər. Əgər bir şəxs dəyər prinsiplərini müəyyənləşdirməkdə aciz olarsa, hicabı bir bağlılıq hesab etməsi mümkündür. Lakin Quran-Kərim məsələnin lazımlığına görə hicabın məsələsini bildirir və hicabın zərurilik fəlsəfəsini tanınmamaq və incidilməmək kimi bəyan edir

Səhər TV

  • Yazılıb
  • da (də) 2011 Sep 07