Tarix : 2011 Sep 07
Kod 25210

Urmiyə gölü üçün 900 milyon dollar vəsait ayrılıb

IIR Qərbi Azərbaycan ostanı valisinin müavini İbrahim Fətullahi Urmiyə Gölü üçün 900 milyon dollar vəsait ayırdığını bildirib
well/Aran agentliyi

Sentyabrın 5-də jurnalistlərlə görüşən İbrahim Fətullahi bildirib: “Urmiya gölünü bərpa etmək, ona su çatdırmaq üçün sentyabrın 4-dən başlayaraq bu işə start verilib. Artıq hökumət gölə su çatdırılması üçün 900 milyon dollar vəsait ayırıb”.Sentyabrın 4-də İranın vitse-prezidenti, Ətraf Mühiti Mühafizə Təşkilatının rəisi Məhəmməd Cavad Məhəmmədizadə jurnalistlərlə söhbətində Araz və Kürdüstan çaylarından Urmiya gölünə su çatdırılması üçün 900 milyon dollar vəsait ayrıldığını və gölün susuzluq probleminin 3 il müddətində həll ediləcəyini deyib.

Urumiyə Gölü artıq neçə ildir iqlim şəraitinin dəyişməsi və bəzi digər amillərin təsiri nəticəsində quruma təhlükəsi ilə qarşılaşıb. Son vaxtlar İslam Şurası Məclisinin bəzi üzvlərinin istəyi ilə həmin məsələnin məclisdə müzakirəsi ortaya atildi və İslami Şura Məclisi məsələni ətraflı araşdırmaların aparılmasından sonra lazımı qərarın qəbul olunması üzərində təkid etdi.

Əcnəbi quvvələr məsələni şişirtməyə cəhd edib İslami Şura Məclisinin güya məsələyə laqeyd yanaşdığını iddia edərək qalmaqal yaratmağa cəhd etdilər.

Həmin cəhdlər sırasında Azərbaycan Respublikasındakı bəzi məlum şəxslər başda milli məclis deputatlarından olan bir qrup anti İran qüvvələrin təhriki ilə ötən cümə günü guya Urmiyə Gölünə ürək yandırma əlaməti olaraq İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısına toplaşıb anti İran şüarlar səsləndiriblər.

Qeyd edək ki Qarabağ münaqişəsi kimi böyük və əsaslı problemini Milli Məclisdə bir dəfə də olsun belə müzakirəyə çıxarmayan Azərbaycan Respublikasının İrana ovmac ovmaq istəyən millət vəkilləri üzvü olduqları məclisdə həmin məsələnin nədən qulq ardına vurulmasına etiraz etmirlər.

  • Yazılıb
  • da (də) 2011 Sep 07