Tarix : 2011 Sep 07
Kod 25211

''Pentaqonun Azərbaycan Respublikasına töhfəsi ''

“Politoloq” Mübariz Əhmədoğlu 10 milyon dollardan danışdı
well/Aran agentliyi

 

Novosti-nin verdiyi məlumata görə Mübariz Əhmədoğlu deyib:"10 milyon ABŞ dolları məbləğində yardım Xəzər regionunda Azərbaycanın əks-terrorizm qüvvələrinin gücləndirilməsi üçün Azərbaycana ayrılmışdır.Bu da mən deyərdim daha çox maddi deyil siyasi dəstəyin göstəricisidir. ABŞ Azəribaycan siyasətinin nəqədər şəffaf və dürüst olduğunu görür və ona görə də Demokratiyanın dəstəyi uçün Azəribaycana yardım göstərir."

Qeyd edək ki Azərbaycan Respublikası rəsmilərinin dediyinə görə bu ölkəyə qarşı ən böyük terrorçu cəhdi Qarabağ separatçılarının respublika ərazisinin 20 faizini tapdaq altına almasıdır.

Buna baxmayaraq “politoloq” Amerikanın siyasi dəstəyinin Azərbaycan Respublikasına , xüsusiylə Qarabağ münaqışəsinin həllinə nə kimi töhfələr verdiyinə heş bir işarə etməyib.

  • Yazılıb
  • da (də) 2011 Sep 07