Tarix : 2011 Sep 07
Kod 25223

İsrail XİN-in rəsmisi illərdir türk sərnişinlərinə əziyyət verildiyini etiraf edib

İsrail Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi türk sərnişinlərə uzun illərdir əziyyət verildiyini və pis davranıldığını etiraf edib
well/Aran agentliyi

 

İsrail Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi türk sərnişinlərə uzun illərdir əziyyət verildiyini və pis davranıldığını etiraf edib.

“Haaretz” qəzetinin xəbərinə görə, Türkiyə ilə İsrail arasındakı gərginliyə son dəfə əlavə olunan sərnişinlərin yoxlanılnası böhranı ilə əlaqədar İsrail XİN-dən maraqlı açıqlama gəlib.

SalamNews-un “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə, qəzetə açıqlama verən İsrail nümayəndəsi türk sərnişinlərin İsrail hava limanında təhqir olunduğunu etiraf edib. İsrail XİN nümayəndəsinin verdiyi açıqlamada yalnız son bir ildə Ben-Qurion hava limanında pis davranıldığını söyləyən onlarla şikayət aldıqlarını deyib. O, Ben-Qurion hava limanına gələn bütün türk vətəndaşlarının sistematik şəkildə paltarların çıxarılması da daxil olmaqla, həddindən çox və ləyaqəti alçaldan yoxlamaya məruz qaldıqlarını vurğulayıb.

O deyib: “Sərnişinlər təhlükəsizlik səbəbi ilə detallı şəkildə yoxlanılmasını anlayırlar, ancaq iş soyunmağa çatanda özlərini alçaldılmış hiss edirlər. Keçmişdə bir çox türk iş adamı və turistin bu vəziyyətdən şikayətçi olub. Türk vətəndaşlarına tətbiq olunan bu alçaltma mərasimi hər gün təkrarlanan bir vəziyyətdir".

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Sep 07