Tarix : 2011 Sep 07
Kod 25224

Türkiyə-İsrail məsələsində rəsmi Bakı Ankaranın yanında olmalıdır - ADP sədri

Azərbaycan Türkiyəni onun İsraillə olan münasibətlərində birmənalı dəstəkləməlidir
well/Aran agentliyi

 

Bunu SalamNews-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib

O deyib: “Türkiyə Azərbaycanın dövlət maraqlarını özününkü kimi qəbul edir. Xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiçşəsində. Ankara belə bir münasibəti Bakıdan gözləməyə haqqı çatır. Buna görə də hesab edirəm ki, Azərbaycan da bu məsələdə siyasətində Türkiyənin xəttini əsas götürməlidir və qardaş ölkəni dəstəkləməlidir”.

ADP sədrinin fikrincə, bu məsələdə Türkiyəyə bütün türk dünyası dəstək verməlidir: “Lakin təəssüf ki, türk dünyasında indi vəhdət yoxdur. Əgər Türkiyə-İsrail münasibətlərində bütün türk dövlətləri birlik nümayiş etdirsəydilər, İsrail mütləq üzr istəyərdi və ikitərəfli münasibətlərdəki böhramna son qoyulardı. Hazırki vəziyyətdə isə türk dövlətlərinin pərakəndəliyindən istifadə edən İrsail müəyyən mənada Türkiyəni təkləmək siyasətini həyata keçirə bilər”. (SalamNews)

  • Yazılıb
  • da (də) 2011 Sep 07