Tarix : 2011 Sep 07
Kod 25226

Səfər Əbiyev bölgədəki gərgin hərbi-siyasi vəziyyətdən danışıb

Sentyabrın 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib
well/Aran agentliyi

 

Sentyabrın 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı nazir Azərbaycanın müstəqillik qazandıqdan sonra Avropa ilə sıx əlaqələrindən və hərbi əməkdaşlıq məsələlərindən qonağa ətraflı məlumat verib. Bölgədə gərgin hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının işğalına şərait yaradan səbəblər, nəticədə bir milyon soydaşımızın öz doğma yurdundan didərgin düşməsi və digər problemlərdən söhbət açılıb.

Nazir S.Əbiyev qeyd edib ki, Minsk Qrupunun vasitəçiliyi hələki konkret bəhrəsini verməyib və Azərbaycana qarşı ikili standartlar bu gün də mövcuddur. Müdafiə naziri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin indiyədək yerinə yetirilmədiyini qonağın diqqətinə çatdırıb və Avropa İttifaqının konfliktin həllində səylərini artıracağına ümid etdiyini bildirib.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 07