Tarix : 2011 Sep 07
Kod 25227

Türkiyə-İsrail gərginliyi ''Yaxın Şərq muharibəsi''nə çevrilə bilər - israilli general

İsrail ordusundan Türkiyə-İsrail gərginliyinin bütün Yaxın Şərqi əhatə edən ''Yaxın Şərq müharibəsi''nə çevriləcəyi ilə bağlı xəbərdarlıq gəlib
well/Aran agentliyi

İsrail ordusundan Türkiyə-İsrail gərginliyinin bütün Yaxın Şərqi əhatə edən "Yaxın Şərq müharibəsi"nə çevriləcəyi ilə bağlı xəbərdarlıq gəlib.

“Jerusalem Post” qəzeti yazıb ki, İsrail ordusunun daxili cəbhə komandiri, general Eyal Eisenberg Türkiyə-İsrail əlaqələrinin pozulması və ərəb dünyasında yaşanan inqilabların gedərək dərinləşərək "Yaxın Şərq müharibəsi"nə səbəb olacağını söyləyib.

 “Doğan”nın verdiyi xəbərə görə, Təl-Əvivdəki Milli Təhlükəsizlik İnstitutunda çıxış edən general Eisenberg Türkiyə-İsrail böhranı ilə ərəb dünyasındakı hadisələrin nəzarət altına alınmaması halında, hər an muharibə təhlükəsinin olduğunu bildirib. O, İsrail baxımından Suriya, Misirin Sina yarımadası və Qəzzə cəbhələrində vəziyyətin hər gün daha da pisləşdiyini söyləyib.

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Sep 07