Tarix : 2011 Sep 07
Kod 25231

General Vəhidi: NATO-nun islam ölkələrində iştirakı məsləhət deyil

İran İslam Respublikasının müdafiə naziri bildirib ki, qərbli qüvvələrin islam ölkələrində iştirakı bu ölkələrin xeyrinə deyil
well/Aran agentliyi

 

İran İslam Respublikasının müdafiə naziri bildirib ki, qərbli qüvvələrin islam ölkələrində iştirakı bu ölkələrin xeyrinə deyil.

İran İslam Respublikasının müdafiə naziri general-leytenant Əhməd Vəhidi jurnalistlərə müsahibə verib. Vəhidi gələn günlərdə Türkiyədə raket müdafiə sisteminin istifadəyə verilməsi üçün NATO-nun bildirişi barəsində deyib: Amerikalılar və qərblilərin islam ölkələrində iştirakı islam ölkələrinin təhlükəsizliyini məhv edir.

Qərbin İraq, Əfqanıstan və Liviyada işğalçı addımlarına toxunan Vəhidi söyləyib: Qərblilərin islam ölkələrində iştirakı bu ölkələrin xeyrinə deyil.

General Vəhidi habelə qeyd edib: İran heç bir nöqtədən İslam Respublikasının mənafeyinə qarşı təcavüzə dözmür və qəbul etmir.

İranın müdafiə naziri İrana qarşı önləyici hücumlara dair Fransa prezidentinin son açıqlamaları barəsində deyib: Bu sözlər şişirtmədən başqa bir şey deyil.

Vəhidi S-300 zenit raket komplekslərinin təhvil verilməsi məsələsi ilə əlaqədar İranın beynəlxalq məhkəməyə şikayəti üzrə Tehranın qərarından Rusiya Xarici İşlər Nazirliyinin təəccüblənməsinə də münasibət bildirib: Bu məsələ İran və Rusiya arasında imzalanmış müqavilənin maddələrindən olub və bu barədə heç bir qeyri adi hadisə baş verməyib.

General Vəhidi bildirib: S-300 zenit raket komplekslərinin təhvil verilməsinə dair müqavilənin maddələrinə əsasən, əgər tərəflər müqavilənin icrasına dair anlaşılmazlıqla üzləşərlərsə, məsələyə aydınlıq gətirmək üçün məhkəməyə müraciət edə bilərlər.

  • Yazılıb
  • da (də) 2011 Sep 07