Tarix : 2011 Sep 08
Kod 25243

Türkiyə xalqı NATO-nun RƏM sistemini istəmir

NATO-nun Türkiyədə raket systemi quraşdırması bu ölkənin daxilində müxalifətlə üzləşib
well/Aran agentliyi

 

NATO-nun Türkiyədə raket systemi quraşdırması bu ölkənin daxilində müxalifətlə üzləşib.

Türkiyənin müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə ərazilərində NATO-nun raketdən əleyhinə müdafiə sistemlərinin qurulmasının əleyhinə olduğunu bildirib.

CHP sözçüsü və sədr müavini Birgül Ayman Gülər mətbuata deyib : "Mavi Mərmərə" cinayətinə görə İsrail rejiminin Türkiyədən üzr istəməsinin lazım olduğunu düşünürük. NATO-nun raketdən müdafiə sistemlərinin Türkiyə ərazilərində qurulması İsraili qorumaq üçündür"

CHP rəsmisi Ərdoğan hökumətinin qərb və sionist rejimin oyununa uyduğu barəsində deyib : “ BMT-yə müraciət edib, sonra isə BMT-dən Türkiyəni məhkum edən qərarların verilməsini təmin edən hökumət Türkiyəni xarici siyasətdə təmsil edə bilməz. Hökumət bu hesabatla Qəzzənin blokadada saxlanılmasına hüquqi əsas yaratdı. İsraillə hər cür iqtisadi, siyasi və hərbi əlaqələri kəsəcəyəm deyən baş nazir Ərdoğan, çıxışından iki gün keçməmiş nazirlikdən iqtisadi əlaqələrin kəsilməsi deyilərkən yalnız hərbi əlaqələrdən söhbət getdiyi bildirilir. Nazirlikdən deyilir ki, guya baş nazirin dedikləri "səhv anlaşılıb". Beləcə, İsrail mövzusu Türkiyənin daxilində əriməyə başladı. Xarici siyasət həqiqətən çox ciddidir. Biz hökuməti xarici siyasətdə daha ciddi davranaraq, Türkiyənin qürurunu yüksəltməyə dəvət edirik"

Gülər əlavə edib : "Bu məsələ çox müzakirəli mövzudur. Amma dəqiq olan məsələ budur ki, NATO sistemləri İran əleyhinə qurulur. İrandan qalxa biləcək raketlərə qarşıdır və bu, birbaşa olaraq İsraili müdafiə xarakteri daşıyır. Bu sistemlərin Türkiyə torpaqları üzərində qurulmasına görə isə iqtidar partiyası cavabdehdir.”

 

  • Yazılıb
  • da (də) 2011 Sep 08