Tarix : 2011 Sep 08
Kod 25244

Qərbi Azərbaycan ostanı ilə Naxçıvan arasında anlaşma imzalanıb

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin Ürumyə şəhərində İranın Qərbi Azərbaycan ostanının valisi ilə görüşündə bu ostanla Naxçıvan ...
well/Aran agentliyi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin Ürumyə şəhərində İranın Qərbi Azərbaycan ostanının valisi ilə görüşündə bu ostanla Naxçıvan MR arasında iqtisadi-mədəni əməkdaşlıqlar üzrə anlaşma sənədi imzalanıb. Bu anlaşma sənədində tərəflər arasında idman, elm, mədəniyyət və incəsənət sahələrindəki əlaqələri və əməkdaşlıqların genişləndirilməsi və texniki-mühəndislik xidmətlərinin mübadilə edilməsi qərara alınıb.

Naxçıvan Muxtar R-nn Ali Məclisinin sədri İranın Qərbi Azərbaycan ostanının valisi ilə görüşdə deyib : Bizim çətin vəziyyətdə olduğumuz zaman İran xalqı bizə çoxlu yardımlar etdi və biz heç vaxt bu məhəbbətləri unutmayacağıq.

Vasif Talibov deyib : Biz İranın Qərbi Azərbaycan ostanı ilə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsini istəyirik. Bu mövzu isə bizim ostana səfərimizin ən mühüm hədəflərindəndir.

Bu görüşdə İranın Qərbi Azərbaycan ostanının valisi də müxtəlif idman , mədəniyyət , iqtisadi , siyasi ,elmi və təlim sahələrində Naxçıvan M. R. ilə əlaqələrin günü-gündən genişləndirilməsinə təkid edib .

 Cənab Cəlalzadə həmçinin İranın Qərbi Azərbaycan ostanının su bəndləri ,inşaat , yol salma , sənaye və əkinçilik sahələrindəki texniki və mühəndislik qabiliyyətlərinin qonşu plkəyə ötürülməsi üzrə hazırlığına təkid edib.

Tehran Radiosu

  • Yazılıb
  • da (də) 2011 Sep 08