Tarix : 2011 Sep 08
Kod 25245

RÖVŞƏN ƏHMƏDLİ YENİDƏN İSLAM PARTİYASINA QAYITDI

Baki mediasının verdiyi məlumata görə, bu gün Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisininin növbəti iclası keçirilib
well/Aran agentliyi

Baki mediasının verdiyi məlumata görə, bu gün Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisininin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidməti tərəfindən təsdiqlənən məlumata görə, tədbirdə ictimai-siyasi məsələlər, İslam Partiyasına qarşı əsassız ittihamlar, hicab problemi və təşkilatı məsələlər müzakirə olunub. Partiyanın sədri Elçin Manafov məruzə edərək bildirib ki, rəhbərlik etdiyi təşkilat daim düzgün siyasət yürüdüb. Ona görə də həmişə təzyiqlərə məruz qalıb: “Buna misal olaraq deyə bilərəm ki, partiya bu gün qərərgahsız qalıb. Kifayət qədər geniş sosial dayağa malik olan Partiya Baş Məclisini Azərbaycan Demokrat Partiyasının ofisində keçirir. Əslində belə hal hakimiyyət üçün heç də başucalığı gətirməyəcək”.

Bundan əlavə rəhbərlik strukturuna yeni təyinatlar da olub. Belə ki, İnqilab Əhədli sədrin I müavini, Rövşən Əhmədli isə ictimai məsələlər üzrə sədr müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, İnqilab Əhədli bu təyinata qədər ictimai məsələlər üzrə sədr müavini vəzifəsində çalışıb. Rövşən Əhmədli isə Hacıağa Nuri İslam Partiyasına rəhbərlik etdiyi müddətdə sədrin I müavini postunu tutub. Həmin müddətdə isə sədrin I müavini, həm də sədrin siyasi məsələlər üzrə müavini vəzifəsini daşıyıb.

  • Yazılıb
  • da (də) 2011 Sep 08