Tarix : 2011 Sep 08
Kod 25248

İslam Partiyasında yeni təyinatlar olub

Azərbaycan İslam Partiyasının (AİP) bu gün keçirilən növbəti Baş Məclisində ictimai-siyasi və digər məsələlər müzakirə olunmaqla yanaşı, rəhbərlik strukturuna yeni təyinatlar olub
well/Aran agentliyi

 

Azərbaycan İslam Partiyasının (AİP) bu gün keçirilən növbəti Baş Məclisində ictimai-siyasi və digər məsələlər müzakirə olunmaqla yanaşı, rəhbərlik strukturuna yeni təyinatlar olub.

AİP mətbuat xidmətindən  verilən məlumata görə, İnqilab Əhədli sədrin I müavini, Rövşən Əhmədli isə ictimai məsələlər üzrə sədr müavini vəzifəsinə təyin ediliblər.

İnqilab Əhədli bu təyinata qədər ictimai məsələlər üzrə sədr müavini vəzifəsində çalışıb. Rövşən Əhmədli isə əvvəllər partiyada I müavin postuna qədər yüksəlmiş təcrübəli siyasətçi hesab olunur.

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Sep 08