Tarix : 2011 Sep 08
Kod 25249

Zərdüşt Əlizadə: Misir Mərdanov ''yaltaq, vicdansız və savadsız kadırlar yetişdir'' sifarişini vi...

Azərbaycan Respublikasında təhsilin səviyyəsini şərh edən politoloq Zərdüşt Əlizadənin fikrincə, Təhsil Naziri ''Misir Mərdanova sifariş gəlib ki, bizim üçün yaltaq...
well/Aran agentliyi

 

Azərbaycan Respublikasında təhsilin səviyyəsini şərh edən politoloq Zərdüşt Əlizadənin fikrincə, Təhsil Naziri "Misir Mərdanova sifariş gəlib ki, bizim üçün yaltaq, vicdansız və savadsız kadrlar yetişdir. Oda bu sifarişi vicdanla yerinə yetirir."

Bu il ölkədə 2000-dən artıq məktəbdən ümumiyyətlə bir nəfər də olsun ali təhsil ocaqlarına abituriyent daxil olmaması təhsildə büdcə çatışmamazlığı və digər tərəfdən, gələn il "Eurovison" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi üçün 2 milyard dollar maliyyə vəsaitinin ayrılması barədə politoloq Zərdüşt Əlizadə Faktxəbər saytına belə deyib : " Əgər cəmiyyət, hakimiyyət və quruluş Təhsil Nazirliyinə sifariş versə ki, bizim üçün ləyaqətli kadrlar hazırla, onda təhsil sistemi bu sifarişə uyğun olaraq keyfiyyətli kadrlar hazırlayır. Bu sifariş əks istiqamətdə olsa, onda təhsil sistemi kütbeyin, savadsız, ləbbeyk deyən, rüşvətxor və yaltaq kadrlar hazırlayır. Buna görə də, mən təhsil sistemində böyük günah görmürəm. Misir Mərdanovu Sovet dövründən tanıyıram. Hazırda da o savadlı bir alimdir. Amma o, həssas insandır. Cəmiyyətdən ona bir sifariş gəlib ki, bizim üçün yaltaq, vicdansız və savadsız kadrlar yetişdir. O da bu sifarişi vicdanla yerinə yetirir."

Zərdüşt Əlizadə əlavə edib : "Ölkədə təhsil səviyyəsi cəmiyyətin təhsil sisteminə verdiyi sifarişdən asılıdır. Cəmiyyət təhsil sistemindən yox, gərək özündən incisin ki, nə üçün belə bir səviyyəsiz sifariş verib, nə üçün cəmiyyət belə qurulub ki, savadsızlar, vicdansızlar, yaltaqlar yuxarı vəzifələrə təyin olunurlar, nə üçün əsas oğrular öz cəzalarını almırlar, nə üçün hakimlər sifarişlə hökm verirlər, nə üçün prokurorlar və polislər insanların hüquqlarını pozurlar, nə üçün icra başçıları və nazirlər büdcəni talayırlar. Belə bir vəziyyətdə xalqı aldatmaq siyasəti əsas götürüldükdə, "Eurovison" beynəlxalq mahnı müsabiqəsi xalqın ümdə vəzifəsi olur. Ona görə də, hakimiyyət "Eurovison" müsabiqəsi üçün 2 milyard yox, 20 milyard dollar pul ayırmalıdır. "

 

  • Yazılıb
  • da (də) 2011 Sep 08