Tarix : 2011 Sep 08
Kod 25250

Məktəblərdə hicab qadağası; səbəb və nəticələri

well/Aran agentliyi

 

Yeni təhsil ilinin yaxınlaşması ilə bir daha Azərbaycan Respublikasının müsəlman xalqının hicab qdağası ilə bağlı nigaranlıqları artmağa başlayıb.

Ötən təhsil ilində Azərbaycan Respublikasında hicablarını açmaq istəmədikləri üçün minlərlə məktəbli qız dərslərə buraxılmadı və ilkin insani hüquqlardan sayılan təhsil haqqından məhrum oldular.

Azərbaycan Respublikasında hicablı qızların öz insani haqları olan hicabdan istifadədə israrlı olmaları onların təhsildən məhrum edilmələri ilə nəticələndi. Bu isə Azərbaycan Respublikasında xalq etirazlarının genişlənməsinə və ölkədə misli görünməmiş böhranın yaşanmasına səbəb oldu.

Bəzi siyasi müşahidəçilər Azərbaycan Respublikasında hicab qadağası ilə əlaqədar yaranan böhranı Qarabağ böhranı ilə müqayisə etdilər. Bu mənada ki, orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsi ilə yaranan böhran Azərbaycan Respublikasında Qarabağ böhranından sonra 2-ci mühüm böhran hesab olunur. Burda belə bir sual yaranır ki, nəyə görə Azərbaycan Respublikası hökuməti ölkədə böhrana səbəb ola biləcəyi elə ilk andan məlum olan belə bir qərar qəbul etməklə özünü çətin vəziyyətlə üzləşdirmiş oldu? Bu, bir çoxlarının diqqətini özünə cəlb edən bir məsələdir.

Bəzi siyasi müşahidəçilər belə inanırlar ki, Azərbaycan Respublikasında xüsusilə də, onun daxili və xarici siyasətlərinin müəyyənləşdirilməsində bəzi əcnəbi qüvvələrin güclü nüfuza və təsirə malik olmasını nəzərə alaraq, məsələnin köklərini xarici amillərdə axtarmaq lazımdır. Yəni, Azərbaycan Respublikası hökuməti xarici anti-islam və anti-hicab amillərin təsiri altında belə bir böhrana qucaq açmış olub. Baxmayaraq ki, Azərbaycan Respublikasında orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsi böhranının arxasında duran amillər özlərini çox yaxşı kamufulyaj edirlər, ancaq, yenə də bu məsələnin arxasında onların var olması ilə bağlı tutarlı faktlar mövcuddur. Buna misal olaraq son zamanlar Vikiliks saytı tərəfindən ifşa olunmuş ABŞ-ın Bakıdakı səfirliyinin məxfi hesabatlarına işarə etmək olar. ABŞ-ın casusluq və kəşfiyyat orqanları tərəfindən idarə olunan Vikiliks saytı bu hesabatı yayaraq, ifşa etdi ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev 2009-cu ildə ölkədə hicabdan istifadənin genişlənməsi haqda ABŞ rəsmiləri ilə məsləhətləşmələr aparıb və hətta bu müzakirələrdə yerli telekanallar tərəfindən Türkiya seriallarının yayımının dayandırılmasını bu seriallarda hicablı qadınların olması adlandırıb.

Bundan başqa qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi saytında yer alan mətləblərdən də aydın olur ki, təhsil naziri Misir Mərdanov sionist İsrail rejiminin başçıları ilə yaxın əlaqələrə malik olub və onun hicabla bağlı düşüncələrinin formalaşmasında sionistlərin rolu böyük olub.

Əlbəttə qeyd etmək lazımdır ki, hicab islam və müsəlmanların simvolu olaraq bu gün sionistlərin aşkar düşmənçiliyi ilə üzləşib. Və bu gerçəkliyə göz yummaq olmaz. Beləki, hicabdan istifadənin qadağan edilməsi məsələsi əsasən sionistlərin nüfuzu altında olan ölkələrdə gündəmə gətirilir və Azərbaycan Respublikasında orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsini istisna hal kimi qəbul etmək doğru olmazdı.

Hər halda yeni təhsil ilinin gəlib çatmasına baxmayaraq, hökumət vahid məktəbli formasından istifadə bəhanəsi ilə hicab qadağasının qüvvədə qalmasında hələ də israrlı görünür. Bu arada hicablı qızlar və onların ailələri də hicabın zəruriliyinə təkid edirlər. Bu isə ölkədə həssas vəziyyətin yaranmasına səbəb olub. Ötən il öz insani və qanuni haqları olan təhsil haqqından məhrum edilən qızlar yeni təhsil ilində hicab qadağasının ləğv olunacağı ümidi ilə Şaban və Ramazan aylarında özlərini yeni təhsil ilinə hazırlamaqla məşğul olublar. Həmçinin, mübarək Ramazan ayında hicab qadağasının ləğvi arzusu ilə bir çox dualar edildi və nəzirlər boyun alındı. Qədr gecələrində bu qadağanın ləğvi arzusu ilə əllər allah dərgahına uzandı. Bütün bunlarla yanaşı hicab qadağasının ləğvi tələbi ilə imzalar toplandı və hamı ümid edirdi ki, ölkə rəhbərliyi bu vəziyyəti müşahidə edərək, orta məktəblərdə hicaba tətbiq edilmiş qadağanı ləğv edəcək.

İndi belə bir sual yaranır "Görəsən Azərbaycan Respublikası yeni təhsil ili ərəfəsində əsasən əcnəbilərin və islam düşmənlərinin mənafeyinə xidmət edən hicab qadağası böhranından xilas ola biləcəkmi? Ölkənin gələcəyini quracaq məsum qızların hicab azadlığı və təhsil haqqı təmin ediləcəkmi? Görəsən, Azərbaycan Respublikasının milli-mənəvi dəyərləri ilə heç bir uyğunluğa malik olmayan bayağı "Eurovision" mahnı müsabiqəsinin tərəfdarlarına 2012-ci ildə bu müsabiqənin Bakıda keçirilməsi münasibəti ilə tam azadlıq və sərbəstlik verildiyi, hətta erməni iştirakçıların, müğənnilərin və rəqqasələrin azadlığı təmin edildiyi halda, Azərbaycan Respublikasının namuslu və qeyrətli vətəndaşlarının minimum azadlıqları yəni, hicab azadlığı və təhsil haqqı təmin olunacaqmı?

  • Yazılıb
  • da (də) 2011 Sep 08