Tarix : 2011 Sep 08
Kod 25251

V.Talıbov: İran xalqının məhəbbətini unutmayacağıq

Biz çətin bir şəraitdə olduğumuz zaman İran xalqı bizə çoxlu kömək etdi və biz heç vaxt bu mehribanlıqları unutmayacağıq
well/Aran agentliyi

 

(Səhər TV)-Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri deyib: Biz çətin bir şəraitdə olduğumuz zaman İran xalqı bizə çoxlu kömək etdi və biz heç vaxt bu mehribanlıqları unutmayacağıq.

Urmiyada Qərbi Azərbaycan valisi ilə görüşən Azərbaycan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan-Qərbi Azərbaycan əməkdaşlığından razılığını bildirib və deyib: Qərbi Azərbaycanla əlaqələrimizin daha da güclənməsi və möhkəmlənməsi ardıncayıq və bu məsələ bu vilayətə səfərin əsas məqsədlərindəndir.

Vasif Talıbov bildirib ki, iki bölgənin əhalisi çoxlu ortaqlıqlara malikdirlər və bu ortaqlıqlar və tərəflərin maraqları iki məntəqə arasında imzalanmış anlaşmaların diqqəti cəlb edəcək dərəcədə icra olunmasına səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri qeyd edib: Poldəşt-Şahtaxtı sərhədinin istifadəyə verilməsi və Poldəşt sərhədində gömrüyün yaradılması bu əməkdaşlıqların nəticələridir və biz ümid edirik ki, universitet, tibb, mədəniyyət, iqtisadiyyat və mədəniyyət sahələrində iki tərəfin münasibətlərini daha da yüksəldək.

O habelə Naxçıvan Muxtar Respublikasının Qərbi Azərbaycan ostanının texniki, mühəndislik və sənaye şirkətlərinin fəaliyyətlərini qəbul etməyə hazırlığını bildirib.

Qərbi Azərbaycan ostandarı bu görüşdə müxtəlif idman, mədəniyyət, iqtisadiyyat, siyasət, elm və təhsil sahələrində Naxçıvan Muxtar Respublikası ilə münasibətlərin daha artıq yüksəlməsində maraqlı olduğunu bildirib.

Cənab Cəlalzadə habelə su bəndlərinin çəkilməsi, inşaat, yol çəkmə, sənaye və kənd təsərrüfatı sahələrində Qərbi Azərbaycan ostanının texniki və mühəndislik xidmətlərinin göstərilməsi üçün bu vilayətin hazırlığını qeyd edib.

"Ölkənin meyvə şirəsi və su istehsalının 60%-ni özünə aid etməsi, habelə ölkənin qida sənayesində ilk yerə sahib olmaq və vilayətdə təzyiqli suvarmanın inkişafını Qərbi Azərbaycanın diqqəti cəlb edəcək potensiallarındandır. Bu sahədə Naxçıvan Muxtar Respublikasına köməklər göstərilə bilər" -deyə Qərbi Azərbaycan valisi söyləyib.

Görüşün davamında Qərbi Azərbaycan vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi-mədəniyyət əməkdaşlıqları memorandumu imzalanıb.

Bu memorandumda qərara alınıb ki, tərəflər qadınların idman, elm, mədəniyyət və incəsənəti sahələrində də öz münasibət və əməkdaşlıqlarını genişləndirsinlər və Qərbi Azərbaycan ostanı və Naxçıvan Muxtar Respublikası arasında texniki-mühəndislik xidmətləri göstərilsin.

  • Yazılıb
  • da (də) 2011 Sep 08