Tarix : 2011 Sep 09
Kod 25261

Qurumaqda olan Hacıqabul gölünün dadına kim çatacaq?

Mətanət Əliyeva: ''Hacıqabul gölü demək olar ki, quruyub. Lakin bu barədə ölkə mətbuatında həddən artıq az məlumat verilir''
well/Aran agentliyi

 

Bir neçə gündür ki, Hacıqabul gölünün quruması ilə bağlı mətbuatda məqalələr yayılıb. Eyni halda son günlər ərzində ölkədə Urmiya gölünün quruması ilə bağlı aksiyalar keçirilib. Lakin bu gün biz Urmiya gölünə etiraz edən təbəqənin Hacıqabul gölünün qurumasına, Masazırdakı Duzlu gölün özəlləşdirilməsinə, Xəzər dənizinin sahilinin hasara alınmasına etiraz edən görmürük. Urmiya gölünə etiraz edən şəxslər nəyə görə, ölkə daxilində sadaladığımız problemlərə etiraz etmirlər? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən «İmpuls» qəzetinin baş redaktoru Mətanət Əliyeva bunları bildirdi:

- Çox qəribədir ki, Hacıqabul gölü demək olar ki, quruyub. Lakin bu barədə ölkə mətbuatında həddən artıq az məlumat verilir. İndi ölkədə bir qrup insan ABŞ casuslarının təxribatlarına aldanıblar. Hazırda bu məsələ Topxana meşəsi hadisəsinə oxşayır. Həmin hadisədə azərbaycanlıları qızışdırdılar ki, ermənilər Topxana meşəsini qırır. Sonradan bu təxribat səbəbindən Qarabağ müharibəsi meydana gəldi və torpaqlarımız işğal olundu. İndi də ABŞ Azərbaycanda əhalini qızışdırır ki, İranda aranı qatsın, İran hakimiyyətini devirərək, neftinə sahib çıxsın. Fikrimcə, Urmiya gölü mövzusu İranı qarışdırmaq üçün ABŞ-ın istifadə etdiyi növbəti təxribat vasitəsidir. İran daxilində bu məsləyə o qədər də əhəmiyyət vermirlər. Hesab edirəm ki, ABŞ-ın bu variantı növbəti dəfə də boşa çıxacaq. Bizim millətimiz öz başı ilə hərəkət eləmir. Xaricdə 1-2 manat pul verən kimi qızışıb düşürlər ortalığa. Heç mahiyyətinidə anlamırlar ki, nəyə etiraz edirlər. Azərbaycanda Xəzər dənizinin sahilini hasara alaraq camaatı dənizə həsrət qoyublar. Heç buna etiraz eliyən yoxdur. İran səfirliyi qarşısında etiraza çıxan şəxslərin hətta elələri vardır ki, Urmiya gölünü tanımırlar. Şəxsən mən bu günə qədər bilmirdim ki, orda belə bir göl var. Səfirliyin qarşısına çıxanlar 5-3 manata aldanan casusların nökərlədir. Mən adətən bu məsələ ilə bağlı hər hansı bir söhbət danışılanda heç qulaq asmaq istəmirəm. Hər hansı bir ölkənin daxilində baş verən hadisənin bizə nə dəxli var? Öz problemiz kifayət qədər mövcuddur. Biz gərək öz problemlərimizlə məşğul olaq.

FaktXeber

  • Yazılıb
  • da (də) 2011 Sep 09