Tarix : 2011 Sep 09
Kod 25262

Müəyyən qüvvələr hökumət və dindarlar arasında münasibətləri gərginləşdirmək istəyirlər – İHMK sədri

Bu barədə İHMK-nın sədri Natiq Kərimov AİP-nın qərargəhında keçirdiyi mətbuat konfransında bildirib
well/Aran agentliyi

 

İslamçıların Hüquqlarının Müdafiə Komitəsi (İHMK) ATƏT-in Bakı ofisinə müraciət ünvanlayaraq, bu təşkilatın nümayəndələrini Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsum Səmədovun məhkəmə prosesində iştirak etməyə dəvət edib.

Bu barədə İHMK-nın sədri Natiq Kərimov AİP-nın qərargəhında keçirdiyi mətbuat konfransında bildirib.

"Qoy gəlib əyani olaraq özləri görsünlər ki, Mövsüm Səmədova və digər həbs olunan islamçılara qarşı irəli sürülən ittihamlar nə qədər absurdu. Baş verənlərdən belə nəticəyə gəlmişik ki, məhkəmə prosesi ədalətsiz və qərəzli keçirilir", - deyə N.Kərimov vurğuladı.

İHMK sədrinin sözlərinə görə, cari ilin avqustunda baş verən həbslər ona işarədir ki, müəyyən qüvvələr hökumət və dindarlar arasında münasibətləri gərginləşdirmək istəyirlər: “Dindarları narkotik və silah saxladıqda ittiham etmək ağlasığmazlıqdır”.

N.Kərimov onuda qeyd etdi ki, bununla əlaqədar İHMK prezidentə, ombudsmana, həmçinin Ədliyyə Hüquq Şurasına müraciət etmək fikrindədir: "Ümidvaram ki, bu məsələnin həlli ədalətli olacaq”.

Salamnews

  • Yazılıb
  • da (də) 2011 Sep 09