well/Aran agentliyi
“Hicaba azadlıq” şüarı ilə mayın 6-da Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirənlərdən 5 nəfərinin məhkəmə prosesi keçirilib. Nərimanov rayon məhkəməsində bu gün Araz İsmayılov, Rövşən Məmmədov, Əlvan Hüseynov, Rüfət Nuriyev, Nürani Məmmədov işinə baxılıb.
Sentyabrın 8-i Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə məhbuslar Əlvan Hüseynov, Rövşən Məmmədov, Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Miriyev bildiriblər ki, biz dinc aksiyada iştirak etmişik. Lakin polis gözlənilmədən bizə hücum etdi. Bizdə özümüzü müdafiə etmək üçün müqavimət göstərdik.Bundan əlavə məhkəmədə 7 polis zərərçəkmiş qismində iştirak edib. Polis əməkdaşları təqsirləndirilən şəxsləri tanımadıqlarını və onlara qarşı şikayətləri olmadıqlarını bildiriblər. Daha sonra prosesin sentyabrın 13-də davam etdiriləcəyi elan olunub.
Xatırladaq ki, bu il mayın 6-da Azərbaycan Təhsil Nazirliyinin qarşısında aksiya keçirən 15 nəfər saxlanılıb və onlar barəsində Cinayət Məcəlləsinin 221.2.2.(ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq), 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri iş açılıb.
faktxeber.com