Tarix : 2011 Sep 09
Kod 25266

“Hicaba azadlıq” aksiyasının iştirakçılarına qarşı işin sənədində məhkəmə heç bir vətəndaş iddias...

Bu il mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasının iştirakçılarına qarşı işin sənədində məhkəmə heç bir vətəndaş iddiası görməyib
well/Aran agentliyi

 

Bu il mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasının iştirakçılarına qarşı işin sənədində məhkəmə heç bir vətəndaş iddiası görməyib. Bu barədə SalamNews-a vəkil Anar Qasımlı deyib.

Qasımlı bildirib: “Hakim Rasim Kazımov təsdiqləyib ki, işin sənədlərində vətəndaş iddiası yoxdur”.

Xatırladaq ki, məhkəmə prosessinə zərərçəkmiş şəxs qismində 35 polis əməkdaşı cəlb olunub.

Vəkilin sözlərinə görə, polislərə vurulan zərər açıqlanmayıb. İclasda zərərçəkənlərin siyahısı təqdim olunub. Məlum olub ki, 35 polisdən cəmi 5-i zərər çəkib. Vəkillər məhkəmədən mühakimədə zərərçəkməyənləri məhkəməni tərk etmələrini xahiş ediblər: “Məhkəmə bu insaları kənarlaşdırmadı. Hakim qeyd edib ki, bu fakta mühakimənin sonunda qiymət veriləcək”.

A.Qasımlı vurğulayıb ki, onların 30-dan 7-i məhkəmədə ifadə verib: “Onlar ifadələrində qeyd ediblər ki, müttəhimləri tanımırlar və onlara qarşı heç bir narazılıq yoxdur”.

O bildirib ki, “müttəhimlər də ifadə veriblər: “onlar qismən öz günahlarını qəbul ediblər ki, polis əməkdaşlarına daş atırdılar, dəyənəklə zərbələrinə cavab olaraq bunu, özünümüdafiə üçün etdiklərini qeyd ediblər”.

Xatırladaq ki, Araz İsmayılov, Rövşən Məmmədov, Alvan Hüseynov, Rüfət Nuriyev, Nurani Məmmədova qarşı işə Nərimanov rayon məhkəməsində baxılır.

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Sep 09