Tarix : 2011 Sep 09
Kod 25268

Böyük Rəhbər regionda cərəyan edən hadisələrin mahiyyətini şərh ediblər

İslam İnqilabının Böyük Rəhbəri regionda son dərəcə böyük və mühüm hadisələrin baş verməkdə olduğunu vurğulayaraq, müsəlman xalqlar üçün dini demokratiya anlayışının doğru və dəqiq formada ...
well/Aran agentliyi

 

İslam İnqilabının Böyük Rəhbəri regionda son dərəcə böyük və mühüm hadisələrin baş verməkdə olduğunu vurğulayaraq, müsəlman xalqlar üçün dini demokratiya anlayışının doğru və dəqiq formada şərh edilməsini bu hadisələrin gələcəkdə istiqamətləndirilməsində mövcud olan boşluqları doldurmaq üçün mühüm amil adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei bu gün Rəhbərlik Xübrəqanı Məclisinin sədri və üzvləri ilə görüşdə son aylar Misir, Tunis, Liviya və Yəməndə baş verən olaylar haqda deyiblər: ABŞ və Qərbdən asılı diktatorlar bir-birinin ardınca devrilirlər və xalqların gələcəyi müxtəlif ehtimallarla üz-üzədir ki, bu ehtimallar son dərəcə dəqiq formada izlənilməlidir.

İslam İnqilabının Böyük Rəhbəri dini liderlərin hazırda regionda cərəyan edən hadisələrə rəhbərliyi öz əllərinə almalarını bu ehtimallardan biri adlandırıbvə deyiblər: Keçmiş diktatura rejimlərinə bağlı ünsürlərin fərqli zahiri formada hakimiyyətə qayıtmaları və daha təhlükəlisi demokratiya və azadlıq şüarları ilə Qərbdən asılı rejimlərin hakimiyyətə gəlməsi ehtimal olunan digər versiyalardandır.

Həzrət Ayətullah əl-Üzma Xameni deyiblər: Hazırkı mürəkkəb vəziyyətdə dini demokratiyanın gündəmə gətirilməsi region xalqlarına kömək edə və İmam Xomeyni(r.ə)-in hədiyyəsi və yadigarı olaraq, onların ehtiyaclarını təmin edə və onların gələcəyini aydınlatmaqla düşmənlərə mövcud boşluqlardan sui-istifadə icazəsi verməyə bilər.

İslam İnqilabının Böyük Rəhbəri sözlərinin davamında bu ilki mübarək Ramazan ayını ötən illər ilə müqayisədə İran xalqı və İslam Quruluşu üçün bərəkətli və daha səfalı adlandırıb və deyiblər: Ümumdünya Qüds Günü yürüşündə siyasi agahlıq və etiqada əsaslanan iştirak ,habelə Fitr bayramında xalqın təvazökarlıq ilə yanaşı olan iştirakı İlahi rəhmət və lütfün nişanələridir.

Həzrət Ayətullah əl-Üzma Xameni həmçinin, quruluşun mahiyyətinin qorunmasını və maddi, elmi, mədəni, iqtisadi, siyasi və ictimai məqsədlərin hamısının eyni zamanda və paralel şəkildə izlənilməsini son dərəcə mühüm, mürəkkəb və çətin iş adlandırıb və deyiblər: Bu gün İran İslam Respublikasının prinsiplərin qorunması sayəsində əldə etdiyi müvəffəqiyyətlər ölkənin inqilabın ilk illərindəki vəziyyəti ilə müqayisə ediləsi deyil və bu həqiqət sübut edir ki, ölkənin inkişafı və yüksəlişi quruluşun mahiyyətini və prinsiplərini qorumaqla mümkündür.

  • Yazılıb
  • da (də) 2011 Sep 09