Tarix : 2011 Sep 09
Kod 25269

Azərbaycan Respublikasında Məscidlər bələdiyyələrin balansına keçəcək

Azərbaycan Respublikasında Məscidlər bələdiyyələrin balansına keçəcək
well/Aran agentliyi

 

Bunu SalamNews-a bildirən Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Əlimərdan Əliyev deyib ki, bələdiyyələrin balansına keçmək məscidlərin təmir işlərinin görülməsi və qorunub saxlanması üçün  vacibdir.

Xəbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov da təsdiqləyib.

İcra hakimiyyətinin rəsmisinin sözlərinə görə,ölkədəki məscidlərin əksəriyyəti tarixi memarlıq abidəsi kimi qorunub saxlanılır. Məscidlər heç bir qurumun balansında deyildi. Onların bəzi tələbatının ödənilməsi, restavrasiya işlərinin görülməsini bələdiyyələr həyata keçirəcək. Bununla bağlı Nazirlər Kabinetinin rəyi də var. Nazirlər Kabineti Lənkərandakı dini qurumların siyahısı ilə də maraqlanıb.

  • Yazılıb
  • da (də) 2011 Sep 09