Tarix : 2011 Sep 10
Kod 25272

''Bəzi qüvvələr hökumət-dindar arasında münasibəti çətinləşdirməyə çalışır''

F.İsazadə. İslamçıların Hüquqlarının Müdafiə Komitəsi (İHMK) ATƏT-in Bakı ofisinə müraciət ünvanlaraq, bu təşkilatın nümayəndələrini Azərbaycan İslam Partiyasının ...
well/Aran agentliyi

 

F.İsazadə. İslamçıların Hüquqlarının Müdafiə Komitəsi (İHMK) ATƏT-in Bakı ofisinə müraciət ünvanlaraq, bu təşkilatın nümayəndələrini Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsum Səmədovun məhkəmə prosesində iştirak etməyə dəvət edib.

Islaminsesi.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə İHMK-nın sədri Natiq Kərimov AİP-nın qərargəhında keçirdiyi mətbuat konfransında bildirib.

"Qoy gəlib əyani olaraq özləri görsünlər ki, Mövsüm Səmədova və digər həbs olunan islamçılara qarşı irəli sürülən ittihamlar nə qədər absurdu. Baş verənlərdən belə nəticəyə gəlmişik ki, məhkəmə prosesi ədalətsiz və qərəzli keçirilir", - deyə N.Kərimov vurğuladı.

İHMK sədrinin sözlərinə görə, cari ilin avqustunda baş verən həbslər ona işarədir ki, müəyyən qüvvələr hökumət və dindarlar arasında münasibətləri gərginləşdirmək istəyirlər: “Dindarları narkotik və silah saxladıqlarına görə ittiham etmək ağlasığmazlıqdır”.

N.Kərimov onuda qeyd etdi ki, bununla əlaqədar İHMK prezidentə, ombudsmana, həmçinin Ədliyyə Hüquq Şurasına müraciət etmək fikrindədir: "Ümidvaram ki, bu məsələ ədalətli çarə tapılacaq”.

  • Yazılıb
  • da (də) 2011 Sep 10