2011-ci ilin 9 ayı ərzində Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda dünyasını dəyişən hərbi qulluqçuların sayı 75-dən artıqdır
well/Aran agentliyi
2011-ci ilin 9 ayı ərzində Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda dünyasını dəyişən hərbi qulluqçuların sayı 75-dən artıqdır. Bu barədə "Doktrina" jurnalistlərin hərbi araşdırmalar mərkəzindən "Milaz" informasiya agentliyinə eksklüziv olaraq bildirilib.
Mərkəz ekspertlərinin hesablamalarına görə, bu, 2004-cü ildən bəri orduda itkilərin sayı baxımından ən böyük göstərici hesab edilir. "Doktrina" mərkəzindən bildirildi ki, ilin sonunda 2003-2011-ci illərdə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayına dair mətbuat konfransı keçiriləcək və itkilərin adlı siyahısı ictimaiyyətə təqdim olunacaq. Burada söhbət min nəfərə yaxın hərbi qulluqçunun adının açıqlanmasından gedir.
Baş verən ölüm hadisələrinin səbəbləri ilə bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun fikirlərini də dərc etməyə hazırıq.
musavat.com