well/Aran agentliyi
Yerevanın mərkəzində Ermənistan müxalifəti növbəti mitinq keçirib.
Erməni Milli Konqresi (EMK) əvvəl şəhərin küçələrində yürüş, sonradan mitinq keçirib. Erməni Milli Konqresin liderlərindən biri, "Haykakan Jamanak" qəzetinin baş redaktoru Nikol Paşinyan deyib ki, ölkədə inqilabi vəziyyət yaranıb. Serj Sarkisyan iqtidarın fəaliyyəti nəticəsində erməni xalqının öz dövlətinə getdikcə hörmət etmədiyini bildirib. “Biz konstitusion inqilaba hazır olmalıyıq”, deyib.
EMK-nın digər lideri Zurabyan əhalini itaətsizliyə və hazırkı iqtidarı devirməyə çağırıb.
Mitinqdə çıxış edənlər Sarkisyan hakimiyyətinin qeyri-qanuni olduğunu, öz vətəndaşlarını mühacirət etməyə vadar etdiyini, erməni ordusunda özbaşınalığın hökm sürdüyünü, siyasi məhbusların azad olmasına nail olmağın vacibliyi barədə danışıblar.
Erməni müxalifətinin növbəti mitinqi sentyabrın 23-də keçiriləcək.
apa