Tarix : 2011 Sep 10
Kod 25284

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri: İran xalqının məhəbbətini unutmayacağıq

Naxçıvan MR Ali Məclisinin sədri dedi: Qərbi Azərbaycanla əlaqələrimizin daha da güclənməsi və möhkəmlənməsi ardıncayıq və bu mövzu bizim əyalətə səfərimizin ən mühüm hədəflərindəndir
well/Aran agentliyi

 

Naxçıvan MR Ali Məclisinin sədri dedi: “Qərbi Azərbaycanla əlaqələrimizin daha da güclənməsi və möhkəmlənməsi ardıncayıq və bu mövzu bizim əyalətə səfərimizin ən mühüm hədəflərindəndir.

Naxçıvan MR Ali Məclisinin sədri İranın Qərbi Azərbaycan əyalətinin valisi ilə görüşdə Naxçıvan- Qərbi Azərbaycan arasındakı ikitərəfli əməkdaşlıqdan razılığını bildirib və deyib: “Bizim çətin vəziyyətdə olduğumuz zaman İran xalqı bizə çoxlu yardımlar etdi və biz heç vaxt bu məhəbbətləri unutmayacağıq”.

Vasif Talıbov bildirib ki, iki bölgənin əhalisi çoxlu ortaqlıqlara malikdirlər və bu ortaqlıqlar və tərəflərin maraqları iki məntəqə arasında imzalanmış anlaşmaların diqqəti cəlb edəcək dərəcədə icra olunmasına səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri qeyd edib: “Poldəşt-Şahtaxtı sərhədinin istifadəyə verilməsi və Poldəşt sərhədində gömrüyün yaradılması bu əməkdaşlıqların nəticələridir və biz ümid edirik ki, universitet, tibb, mədəniyyət, iqtisadiyyat və mədəniyyət sahələrində iki tərəfin münasibətlərini daha da yüksəldək”.

O, habelə Naxçıvan Muxtar Respublikasının Qərbi Azərbaycan əyalətinin texniki, mühəndislik və sənaye şirkətlərinin fəaliyyətlərini qəbul etməyə hazırlığını bildirib.

Qərbi Azərbaycan valisi bu görüşdə müxtəlif idman, mədəniyyət, iqtisadiyyat, siyasət, elm və təhsil sahələrində Naxçıvan Muxtar Respublikası ilə münasibətlərin daha artıq yüksəlməsində maraqlı olduğunu bildirib.

Cənab Cəlalzadə habelə su bəndlərinin çəkilməsi, inşaat, yol çəkmə, sənaye və kənd təsərrüfatı sahələrində Qərbi Azərbaycan əyalətinin texniki və mühəndislik xidmətlərinin göstərilməsi üçün bu əyalətin hazırlığını qeyd edərək deyib: “Qərbi Azərbaycan texniki, inşaat və mühəndislik sahələrində böyük nailiyyətlər əldə etmişdir və bu sahələrdə sizə lazım olan xidmətləri göstərə bilərik”.

Demək yerinə düşər ki, Qərbi Azərbaycanla Naxçıvan MR-sı 135 km boyunca birgə sərhədə malikdirlər.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 10