Tarix : 2011 Sep 10
Kod 25285

ُSeyid Amili Azərbaycan Respublikasının MTN və sərhəd qoşunlarını ittiham etdi

Ərdəbil şəhərinin imam cüməsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyini narkotika qaçaqmalçılıqları ilə əlbir olmaqda ittiham edib
well/Aran agentliyi

 

 

 

Höccətül-İslam Seyid Həsən Amili Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin narkotik qaçaqmalçıları banditləri ilə işbirliyini kəskin formada tənqid edib.

Höccətül-İslam Seyid Həsən Amili İranın Polis qüvvələrinin Ərdəbil ostanında narkotik maddələrin aşkarlanmasının və narkotik maddələrin banditlərinin məhv edilməsinin artması üzrə statistikalara işarə edərək deyib: Əldə edilmiş təhqiqatlar və məlumatlara əsasən bölgədə narkotik maddələrin qaçaqçılığı üzrə banditlərin fəaliyyətlərinin artması və bu banditlərin Ərdəbil ostanından bir keçid yolu kimi istifadə etmələri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və bu respublikanın sərhəd qüvvələrinin narkotik maddələr qaçaq edən banditlərlə işbirliyindən mənşə alır.

Ərdəbilin İmam Cüməsi cümə günü ( 9 sentyabr) bu şəhərin Cümə Namazının ikinci xütbəsində sonra vurğulayıb: Toplanmış təhqiqatlar və məlumatlar göstərir ki, Azərbaycan Respublikasının bir neçə cənub şəhəri, o cümlədən Astara, Lerik, Cəlilabad və bir neçə başqa şəhər narkotik maddələrin təhlükəsi ilə üz-üzədirlər və Azərbaycan Respublikasında rüşvətxorluğun geniş yayılmasına görə qeyd edilən şəhərlərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin şöbələrinin sədrləri bu şəhərlərdən MTN şöbəsinin sədri vəzifəsinə təyin edilmələri üçün rüşvət kimi nəhəng miqdarda pulun əvəzini çıxmaq üçün narkotik maddələr qaçaqmalçılığı ilə məşğul olan banditlərlə işbirliyindədirlər və bu yoldan gəlir əldə edirlər.

İranın Ərdəbil şəhərinin İmam Cüməsi Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin İran İslam Respublikasını narkotik maddələrin qaçaq edilməsi haqda ittihamlandırmaları üzrə təbliğat səylərinə işarə edərək deyib: İrana qarşı ittihamlar vuran şəxslər getsinlər və görsünlər ki, Birləşmiş Millətlər Təşkilatı narkotik maddələrlə mübarizəsinə görə İrana öz təşəkkürünü bildirib və İranı narkotik maddələrin qaçaq edilməsi ilə mübarizədə bir nümunə kimi təqdim edib.

Cənab Amili İran İslam Respublikasının Azərbaycan Respublikası haqdakı dostluq siyasətinə təkid edərək deyib: İndiyə qədər İran Azərbaycan Respublikası vətəndaşlığı olan narkotik maddələr qaçaqmalçılarını onları həbs etməsinə rəğmən telekanallardan göstərməyib ki, Azərbaycan Respublikası xalqının adını bədnam etməsin.

Ərdəbilin İmam Cüməsi öz təbliğatlarında İranın adını ləkələmək və İranı ittihamlandırmaq üzrə cəhd göstərən Azərbaycan Respublikasının mediaları və Milli Təhlükəsizlik Nazirliyinə xitabən deyib: Nə üçün Əfqanıstanda narkotik maddələrin istehsalının və bu ölkədən bu maddələrin qaçaq edilməsinin çoxalmasının əsas kökü olan Amerika ilə bir işiniz yoxdur? Nə üçün Amerika tərəfindən Əfqanıstanın işğal edilməsindən sonra bu ölkədə narkotik maddələrin istehsalı və qaçaq edilməsinin olduqca artmasına gözlərinizi yumubsunuz?.

Qeyd etmək lazımdır ki, son zamanlar Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Bakı medialarında geniş şəkildə əks etdirilmiş bir uzun-uzadı hesabatda İranı, Azərbaycan Respublikasına narkotik maddələrin daxil olmasının əsas mənbəyi kimi göstərməyə cəhd etdi.

Bu hesabatda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi region ölkələrinə daxil olan narkotik maddələrin, Amerikanın işğalı və nəzarəti altında olan Əfqanıstanda istehsal edilməsinə heç bir işarə edilməyib.

 

Ərdəbil şəhərinin imam cüməsi Azərbaycan RespublikasınınMilli Təhlükəsizlik Nazirliyini narkotika qaçaqmalçılıqları ilə əlbir olmaqda ittiham edib.

Höccətül İslam Seyyid Həsən Amili Ərdəbil vilayətində hüquq-mühafizə orqanlarının narkotiklərə qarşı mübarizəsini gücləndirməsinə toxunaraq deyib: Əldə olunmuş məlumata əsasən bölgədə narkotik bandalarının öz fəaliyyətlərini genişləndirməsi və bu mafioz bandaların Ərdəbil ostanından tranzit yolu kimi istifadə etməsi Azərbaycan RespublikasınınMTN-nin və sərhəd qoşunlarının narkotik qaçaqmalçıları ilə həmkarlığının nəticəsidir.

Cənab Amili qeyd edib ki, Azərbaycan Respublikasınıncənub bölgəsi, o cümlədən Astara , Lerik , Cəlilabad və bir neçə digər şəhərdə narkotik vasitələr geniş yayılıb . Bununla əlaqədar da rüşvətxorluğun geniş yayıldığını nəzərə alaraq Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri bu şəhərlərdə şöbə rəisi vəzifəsinə təyin olunmağa xatir ağır rüşvət ödəməyə məcbur olduqda narkotik qaçaqmalçılıqları ilə əlbir olur və pul qazanırlar. Ərdəbilin imam cüməsi sonra Azərbaycan Respublikasınınmedialarının vaxtaşırı İrana narkotik qaçaqmalçılığı məsələsində qarayaxmalarına toxunaraq qeyd edib ki, İranı şərləyən qüvvələr bəlkə də BMT-nin narkotiklərə qarşı mübarizə apardığına görə bu dövlətə təşəkkür etməsindən xəbərsizdilər . Onlar bilməlidirlər ki, İran narkotiklərlə mübarizədə öncül və nümunəvi dövlətdir.

İİR-nın Azərbaycan Respublikasına münasibətdə dostluq siyasəti yürütməsinə işarə edən Höccətül İslam Amili sonra deyib : İran indiyədək narkotik qaçaqmalçılığı ittihamı ilə həbs olunan Azərbaycan Respublikasınınvətəndaşlarını televiziyadan göstərməyib və səbəbi qonşu ölkənin adını ləkələməməkdir .

Ərdəbilin İmam Cüməsi sonda vurğulayıb ki, Azərbaycan Respublikasınınmediaları narkotiklərin Əfqanıstandakı istehsalı və qaçaqmalçılığının mənşəyi olan Amerika barədə heç nə demirlər . Xüsusilə də Əfqanıstanın ABŞ qüvvələri tərəfindən işğal edilməsindən sonra bu ölkədə narkotik istehsalı xeyli artıb.

  • Yazılıb
  • da (də) 2011 Sep 10