Tarix : 2011 Sep 10
Kod 25287

İSRAİLİN TÜRKİYƏ PLANININ AZƏRBAYCAN GİZLİNLƏRİ!

Doğrudanmı, Azərbaycanda strateji alyansın memarlarından olan İsrailin XİN rəhbəri Aviqdor Liberman Türkiyəni incitmək üçün bu ölkə ilə əlaqələri pozacaq?
well/Aran agentliyi

 

Doğrudanmı, Azərbaycanda strateji alyansın memarlarından olan İsrailin XİN rəhbəri Aviqdor Liberman Türkiyəni incitmək üçün bu ölkə ilə əlaqələri pozacaq? Bəlkə söhbət Bakıya da əvvəldən məlum olan pərdəarxası oyundan gedir? 

FaktXeber.com-un İzrus portalına istinadən verdiyi məlumata görə, İsrailin «Yediot Ahronot» qəzetində dərc olunan A.Libermanın ermənilərə və kürdlərə dəstək olmaqla türklərdən intiqam alması məsələsi Cənubi Qafqazda böyük rezonans doğurub. Ekspertlər və diplomatlar hesab edirlər ki, Libermanın planı bu işdə maraqlı olan şəxslərin tələsidir. Belə ki, onlar bir tərəfdən nazirin «radikal adətlərini» nümayiş elətdirmək, digər tərəfdən Knessetdə ermənilərin «soyqırımını» tanınmasına çalışırlar. Lakin bu planın ikinci, hətta üçüncü tərəfi də ola bilər.

Ermənilərin «soyqırımının» tanınması  İsrailin Türkiyəyə vurduğu sonuncu zərbə  ola bilər. Lakin bu məsələ həmçinin İsraili müsəlman aləmində ən böyük strateji tərəfdaşı Azərbaycanla aralarını vura bilər. Bakı və İrəvan arasında uzun illərdir ki, davam edən düşmənçiliyə görə, Azərbaycan tərəfi Knessetin erməni «soyqırımı»  barədə hər müzakirəsinə mənfi münasibət göstərir. Və əgər bu baş verərsə, Bakı bu addımı Yerusəlimin onun ən qəddar düşməninə açıq-aydın dəstəyi kimi qiymətləndirəcək.

Liberman bu məsələni hamıdan yaxşı anlayır. Çünki Azərbaycanda strateji alyansın yaradılmasının banisi məhz özü olub. Bu səbəbdən də onun rəhbərlik elədiyi Evimiz İsrail Partiyası (EİP) Kadima və Likuda partiyalarının Knesettdə erməni «soyqırımının» tanınması haqqında qətnamə təşəbbüsünə qadağa qoyub.

Mayın sonlarında XİN müavini və EİP-in deputatı Dani Ayalon «İzRus» portalına bu barədə belə demişdi: «Knessetin erməni «soyqırımını» tanımasına bir şans belə yoxdur. Bu mümkün deyil. Biz yüz il əvvələ aid olan mübahisəli məsələnin  bizim müsəlman aləmində ən böyük  strateji  tərəfdaşımız olan Azərbaycanla əlaqəmizi pozmasına yol verə bilmərik».

Əgər «Yediot Ahronot»da dərc olunan məqalə maraqlı şəxslərin saxtakarlığı deyilsə, onda «Liberman planı»nın yaranması nə ilə əlaqədardır?

 

PƏRDƏARXASI MOTİVLƏR

Liberman ermənilərin «soyqırımının» tanınması haqqında bir söz deyibsə (əgər həqiqətən XİN iclasında müzakirə olunubsa), deməli məsələnin «iç üzü» daha dərindir. Və söhbət Azərbaycanla ikitərəfli əlaqələrdən getmir. Nazirin özü təkcə prezident İlham Əliyevlə deyil, həmçinin həmkarı Elmar Məmmədyarov və Cənubi Qafqazın ən nüfuzlu şəxslərindən olan FHN rəhbəri Kəmaləddin Heydərovla etibarlı əlaqələr saxlayır.

Və belə bir söhbətin iki ölkə arasında 20 illik strateji tərəfdaşlığı poza biləcəyini anlayan Libermanın bu məsələdə «sığortalandığı» istisna deyil.

Əgər «Yediot Ahronot» məsələnin həqiqətini əks etdiribsə, onda yüz faiz Liberman bu barədə öz həmkarı Məmmədyarovu, yaxud da Heydərovu xəbərdar edib. Bu halda o, məsələnin məhz İsrail-Türkiyə əlaqələrinə toxunması və Yerusəlim-Bakı əlaqələrinə heç bir dəxili yoxdur.

Azərbaycanda bir çox siyasətçilər cənub qonşusunun (Türkiyə nəzərdə tutulur – red.) aqressiv davranışlarından narazıdırlar, lakin qardaş xalq olduqlarından azərbaycanlılar türklərə qarşı gəlməzlər. Ərdoğanın burnuna «çırtma» vurulması isə Azərbaycanda alqışla qarşılanacaq.

Türkiyənin  həm ərazi, həm əhali, həm hərbi və həm də iqtisadi baxımından Azərbaycandan dəfələrlə güclü olmasına baxmayaraq, Əliyevin Ərdoğana böyük təsiri olduğu düşünülür. Misal kimi 2011-ci il hadisələrini göstərmək olar. Azərbaycan prezidenti Ankaranın İrəvanla sərhədlərin açılması və diplomatik əlaqələr barədə protokol yazmaq istədiyini bilən Azərbaycan prezidenti, bərk  qəzəblənmişdi. Erməni mətbuatı dəfələrlə yazmışdı ki, Əliyev nə qədər ki, Qarabağ Azərbaycana verilməyib, razılıqların təsdiqi prosesinin dərhal  dayandırılmasını tələb edəcək.

Və bu protokolların Türkiyənin maraqlarına tam uyğun olmasına baxmayaraq, Ərdoğan Azərbaycanın təzyiqinə dözə bilməyərək razılığı dayandırmışdı. Və elə Əliyevin tələbi ilə Qarsda türk-erməni dostluğuna aid abidə dağıdılmışdı.

Bundan əlavə, türk nazir dəfələrlə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin türk dünyasının birliyində böyük rolu olduğu barədə hörmətlə danışıb.

Türkiyənin enerji ilə Azərbaycanın təmin elədiyini də bütün bunlara əlavə eləsək, məlum olur ki, Əliyev Ankara ilə münasibətlər üçün ən yaxşı kanaldır.

Yaxın Şərqdə olanları nəzərə aldıqda, Azərbaycan tərəflər arasında ən yaxşı vasitəçidir ki, bu da onun vəziyyətini regional siyasətdə yüksəldir.

Lakin bu çox incə məsələnin özünün mənfilikləri də ola bilər. Azərbaycan kütləsinin İsrailə və yerli yəhudilərə münasibəti kəskin dəyişə bilər. Xüsusi xidmət orqanlarının islamçıların anti-israil mitinqləri keçirməsinin qarşısını ciddi-cəhdlə almasına baxmayaraq, geosiyasətdə zəif olan bir sıra azərbaycanlılara İran qüvvələri təsir göstərə bilər. Əhalinin ruhiyyəsinə nəzərən, rəsmi Bakı növbəti dəfə camaat qarşısında Yerusəlimdən uzaqlaşmalı olacaq.

Nicat Xaliqoğlu

  

  • Yazılıb
  • da (də) 2011 Sep 10