Vəkilinin qaldırdığı həbs qətimkan tədbirinin ev dustağlığı ilə əvəz olunması ilə bağlı vəsatət rədd edilib
well/Aran agentliyi
Vəkilinin qaldırdığı həbs qətimkan tədbirinin ev dustağlığı ilə əvəz olunması ilə bağlı vəsatət rədd edilib.
Ruhani Abgül Süleymanov və Azərbaycan İslam Partiyası (AİP) sədr müavini Arif Qəniyevin vəkilinin qaldırdığı həbs qətimkan tədbirinin ev dustağlığı ilə əvəz olunması ilə bağlı vəsatət rədd edilib.
Bu barədə təqsirləndirilən şəxslərin vəkili Anar Qasımlı məlumat verib.
Bildirək ki, məhkəmə prosesi Səbail rayon məhkəməsində hakim Fuad Hüseynovun sədrliyilə keçirilib.
Xatırladaq ki, A.Süleymano və A.Qəniyev Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə bu il avqustun 11 də şübhəli şəxs qismində saxlanılıblar.
SalamNews