well/Aran agentliyi
Azadxeber.az saytının "İslamnyus" saytına istinadən bildirdiyinə görə, Qazaxıstanda orta məktəblərdə Hicab qadağası probleminə Qazaxıstan Müsəlmanlar İttifaqının rəhbəri Murat Telibekov münasibət bildirib.
"Əgər biz dözümsüzlük göstərib hicabı məktəb və universitetlərdə lağ və həqarətə çevirsək, bu uşaq böyüyəndə sadəcə olaraq öz mövqeyini kobud və radikal formada ictimayətdə biruzə verəcək. Bu da bizim cəmiyyətdə sosial gərginliyi şişirdəcək. Mən anlamıram hansı təhlükəni hicab yaradır ki, bu qədər onun qadağasına səylər göstərilir. Axı bu sadəcə olaraq bir baş örtüyüdür. Sualı bu cür qoysaq ki, bəs yaxşı ümumiyyətlə Qazaxıstanda Hicab nəyə lazımdır? Onda belə bir cavab verə bilərlər yaxşı ayaqqabı nəyə lazımdır və yaxud ümumiyyətlə paltar nəyə lazımdır. Axı bunlar absurd bir fikirlərdir. O qədər Qazaxıstanda həll olunası ictimai problemlərimiz var onların həllinə çalışmalıyıq Hicabın qadağasına deyil."
Qazaxıstan Siyasi İctimai qəzeti olan "BUSİNEES VEEK"-in baş redaktoru Mahambet Auzzov bu barədə belə açıqlama verib: "Bu onun göstəricisidir ki, bu insan həyatda öz dini inanclarına uyğun fəaliyyət göstərmək istəyir. İstər fərdi istər ictimai həyatında. Əgər hansısa bir uniformada Hicab nəzərə alınmayıbsa istər Dövlət işlərində istərsədə orta məktəb və universitetlərdə məgər bu problemdirmi. Nə mane olur ki, bu uniformaya bir yaylıq əlavə olunsun. Belə bir ideyanı mən öz başımdan demirəm. Buna nümunələr çoxdur Avropa ölkələrində. Məsələn: Böyük-Britaniya Polisi. Siz baxın oradakı müsəlman qadın polislərinə. Məgər onlarda uniforma deyil? Onların xahişlərini Xristian Dövləti nəzərə alaraq onların uniformalarına uyğun hicablar sifariş verdi. Məsələdə öz həllini tapdı. Maraqlısı budur ki, Xristian ölkəsi bunda bir problem görmədi amma Qazaxıstan gördü."
Mart ayının əvvəllərində Qazaxıstan prezidenti Türküstana səfəri zamanı Hicabın əleyhinə olduğunu bildirmişdir:" mən ümumiyyətlə hicabın əleyhinəyəm ələlxüsus onu şagird və tələbələr geyinəndə. Belə bir adət bizim tariximizdə və dinimizdə yoxdur. Gərək həqiqi dini bizə yeridilən dindən ayıraq"
P.S. Bəli bu cür adətlər Nazarbayev dinində yoxdur. Çün ki, onun dini Allahin Kitabi Qurana söykənmir. Və Hicab onun dinində deyil yalnız müsəlmanların dinindədir. Çox düşündürücü məqamlardan biridə budur ki, bu cür vandallıq məhz possovet məkanında olan dövlətlərdə baş verir. Məxsus müsəlman ölkələrində. Biridə Azəribaycan. Görən bu əməllər kimə sərf edir ki, xalqı hakimiyyətlə üz-üzə qoysun. Axı hamı çox gözəl anlayır ki, Sovet getdi daha qayıdmayacaq. Sovetdəndə qorxulu dövlət daha gəlməyəcək. Sovet öldürdü sürgün etdi amma əzmi qıra bilmədi. Gərək hər bir məmur bunu yaxşı-yaxşı analiz etsin.