Bundan qabaq Bakı anti-İran dairələri Azərbaycan dövlətinin himayəsilə Urmiya gölünün quruması ilə bağlı İran siyasətləri barədə geniş təbliğat aparıblar
well/Aran agentliyi
Dövlət, Urmiya gölünün qurumasının qarşısını almaq üçün bir ay sonranı söz vermişdir. Halbuki, dövlət rəsmiləri hələ də bu gölün qurumasının səbəbləri barədə yekdil nəticəyə çata bilməyiblər. Amma məlum olan budur ki, Urmiya gölünün qurumasının qarşısının alınmasını yalnız Araz çayının suyundan ora axıdılması nəticəsində mümkün olması bildirilir. Bu arada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov öz son açıqlamasında Araz çayının suyundan Urmiya gölünə axıdılması üçün Tehranın Bakının razılığını almasını tələb edib.
O, “Trendnews”ə verdiyi müsahibəsində qeyd edib ki, İran tərəfi Azərbaycana bu məsələ ilə bağlı hələ rəsmi müraciət etməyib. “Azərbaycan tərəfi Urmiya gölünün qurumasının qarşısının alınması üçün Arazın suyundan istifadə ediləcəyi məsələsini ilə bağlı məlumatı hələ ki yalnız mətbuatdan alır” - deyə, H.Bağırov bildirib.
Nazir İran ilə Azərbaycan arasında Araz çayının suyunun istifadəsi ilə bağlı razılaşmaya işarə edərək deyib: “Razılaşmada bir çox məsələlər öz konkret əksini tapıb - kənd təsərrüfatı və digər məqsədlər üçün hər iki ölkənin nə qədər su götürə biləcəyi razılaşdırılıb”.
H. Bağırov deyib ki, Araz çayından qaydasız su götürmək bu çayın ekoloji tarazlığının pozulması ilə nəticələnə bilər.
Qeyd edək ki, Azərbaycan rəsmisnin Araz çayının suyundan Urmiya gölünə axıdılması barədəki bu açıqlaması elə bir şəraitdədir ki, bundan qabaq Bakı anti-İran dairələri Azərbaycan dövlətinin himayəsilə Urmiya gölünün quruması ilə bağlı İran siyasətləri barədə geniş təbliğat aparıblar. O cümlədən Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi icazəsi ilə İranın Bakıdakı səfirliyi qarşısında keçirilən anti-İran aksiyalara işarə etmək olar.