Sionist rejimin bir qəzeti bu rejimin PKK-nı himayə və Ermənistanla əməkdaşlıq haqda Türkiyəyə qarşı planından xəbər verib
well/Aran agentliyi
Sionist rejimin bir qəzeti bu rejimin PKK-nı himayə və Ermənistanla əməkdaşlıq haqda Türkiyəyə qarşı planından xəbər verib.
İran Tələbələri Xəbər Agentliyi İSNA-nın verdiyi məlumata əsasən ivrit dilində çıxan Yediot-Aharonot qəzeti bu haqda bir xəbər dərc edərək, belə yazıb: İsrailin xarici işlər naziri Aviqdor Liberman Türkiyə dövlətinin İsrail səfirini Ankaradan çıxartmaq kimi hərəkətləri qarşısında reaksiya göstərmək haqda qərar çıxarıb.
Bu sionist qəzet sonra bildiribdir ki, Liberman sionist İsrail rejiminin kürd yaraqlıları himayə etməsi, bu rejimin Ermənistanla əməkdaşlıq etməsi habelə Türkiyədə insan haqlarının pozulması hallarının ardınca olması zərurətinə inanır.
Yediyot-Aharonot qəzeti həmçinin bildirib ki, sionist İsrail rejiminin yüksək səviyyəli başçılarının İsrailin Türkiyə qarşısındakı hərəkətləri və reaksiyalarının araşdırılması üzrə iclasında bir hesabat təqdim edildi. Bu hesabatda belə dərc edilmişdi ki, Türkiyə dövləti sionist İsrail rejiminin Mavi Mərmərə Gəmisinə hücumuna görə üzr istəməsini istəmir, bu ölkə İsraillə yaranmış ixtilaflardan özünün İslam Dünyasındakı yerini yüksəltmək üçün bəhrələnmək istəyir.
Liberman bu hesabatın oxunmasından sonra bildiribdir ki, Türkiyədən üzr istənilməsi faydasızdır, çünki bu ölkə qəbul etməyəcək və İsraili təhqir etmək istəyir. Buna görə də daha yaxşı olar ki, Təl-Əviv öz səylərini Türkiyəni cəzalandırmaq üzərində təmərküzləşdirsin.
Bu sözlərin ardınca sionist rejimin xarici işlər nazirliyi belə qərara gəldi ki, " Türkiyəyə qarşı siyasi və təhlükəsizlik vasitələri Fondunu" təsis etsin. Buna əsasən Sionist rejim birinci mərhələdə Qəzzə müharibəsində iştirak edən bütün sionistlərə Türkiyəyə səfər haqda xəbərdarlıq edəcək. Çünki əldə edilmiş məlumatlara əsasən Türkiyə sionist rejim ordusunda öncələr iştirak etmiş sionistləri ovlayıb, mühakimə etmək istəyir.
Liberman həminn 1915-1918 illərdə Osmanlı dövləti tərəfindən ermənilərin soyqırımı mövzusunu rəsmən tanımaq, Ararat(Ağrı) dağları məsələsində Türkiyə ilə Ermənistan arasındakı münaqişədə Ermənistanın tərəfini tutmaq habelə PKK-nı da himayə etmək istəyir.