Mavi Mərmərə gəmisi qurbanlarını himayə cəmiyyəti bəyanat yayaraq sionist rejim idmançılarının Türkiyədə keçirilən Avropa Liqası üzrə basketbol yarışlarında iştirakına etiraz edib
well/Aran agentliyi
Mavi Mərmərə gəmisi qurbanlarını himayə cəmiyyəti bəyanat yayaraq sionist rejim idmançılarının Türkiyədə keçirilən Avropa Liqası üzrə basketbol yarışlarında iştirakına etiraz edib.
Vakit qəzetinin yazdığına görə Mavi Mərmərə gəmisi qurbanlarını Himayə Cəmiyyəti öz bəyanatlarında Sionist İsraildən iki basketbol komandasının Türkiyəyə gəlməsinə münasibətini belə ifadə edib: Sionist rejim nümayəndələri Qəzzə zolağına qarşı blokadanı ləğv etməyənə və öz cinayətləri barədə cavabdeh olmayana qədər bu rejimin idmançılarının Türkiyədə olması yol verilməzdir.
Bəyanatda həmçinin Sionist rejimin idmançılarından istənilir ki, öz rejimlərini Mavi Mərmərə gəmisinə hücumla bağlı Türkiyədən üzr istəməyə və onun hadisə qurbanlarına təzminat ödəməsinə vadar etsinlər. Habelə rejim Qəzzə zolağının blokadası ilə bağlı mövqeyini dəyişməlidirlər.
Bundan öncə Türkiyənin idman və gənclər naziri Suat Kiliç Hürriyyət qəzeti ilə müsahibədə iddia etmişdi ki, Türkiyə xalqının israillilərlə problemləri yoxdur.
Kiliçin bu açıqlaması Türkiyə müsəlmanlarında kəskin reaksiya doğurdu.