Tarix : 2011 Sep 12
Kod 25310

Təbrizdə ''Hacı Əlikram'' sənədli filminin təqdimat mərasimi keçiriləcək

Təbrizdə Beynəlxalq Səhər Kanalı tərəfindən hazırlanmış ''Hacı Əlikram'' sənədli filminin təqdimat mərasimi keçiriləcək
well/Aran agentliyi

 

Təbrizdə Beynəlxalq Səhər Kanalı tərəfindən hazırlanmış "Hacı Əlikram" sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Mehdi Nalbəndinin prodüserliyi ilə çəkilən "Hacı Əlikram" sənədli filmində Azərbaycan Respublikasında İslam Hərəkatının mərhum lideri Hacı Əlikram Əlizadə Nardaraninin həyatı və mübarizələri öz əksini tapıb. Azərbaycan İslam Partiyasının keçmiş sədri olan Hacı Əlikram Nardarani İslam və İslam İnqilabının tanıtdırılması yolunda apardığı uzun mübarizələrin ardınca həbs olunaraq, zindanlarda ağır işgəncələrə və təzyiqlərə məruz qaldı. Və elə bu işgəncələr nəticəsində sonda onu ölümə aparan ağır xəstəliklərə mübtəla oldu. Bütun bu faktlar "Hacı Əlikram" sənədli filmində tamaşaçıların diqqətinə çatdırılır.

Hacı Əlikram Əlizadə Nardaraninin əsas xüsusiyyətlərindən biri onun vilayətə bağlılığı və İmam Xomeyni(r.ə)-in İslam İnqilabının qələbə ilə nəticələnməsinə səbəb olan göstərişlərinə, mübarizə prinsiplərinə sadiq olması idi.

Vilayətə bağlılıq və İmam Xoemyni(r.ə)-in mübarizə yoluna sədaqət Hacı Əlikram Nardaranini yalnız Azərbaycan Respublikasında deyil, bütün Qafqazda və digər post-sovet məkanında tanınmış mübariz və dini şəxsiyyətə çevirdi. Belə ki, bu məntəqələrdə İslam yolunda mübarizə aparan bir çox insan özlərini Hacı Əlikram Nardaraniyə borclu bilirlər.

Hacı Əlikram Nardarani 1940-cı ildə, 2-ci dünya müharibəsinin ilk ilində, Sovet İttifaqının bir parçası olaraq bu müharibənin dağıdıcı təsirlərindən kənarda qalmayan Azərbaycan Respublikasında, Nardaran qəsəbəsində anadan olmuşdu. Dünyaya gəldiyi ilk illərdə müharibə nəticəsində yaranan qıtlıqdan əziyyət çəkən Hacı Əlikram Nardarani həyatının son illərində də bütün sərvətini demək olar ki, İslam yolunda mübarizəyə sərf etmiş, özü və ailəsi davamlı olaraq çətinliklərlə üzləşməsinə baxmayaraq, haqq yolu mübarizlərinə məxsus olan izzət və şərəfini qorumuşdur.

Hacı Əlikram sənədli filminin təqdimatı üzrə Təbriz şəhərində keçiriləcək mərasim Şərqi Azərbaycan İslam İnqilabının mədəniyyət cəbhəsinin tədqiqat bürosunun təşəbbüsü ilə Təbriz şəhərində yerləşən "Pəyame-Nur" universitetində təşkil ediləcək.

12 sentyabr 2011-ci il tarixində keçirilməsi planlaşdırılan mərasim yerli vaxtla saat 18-də Şərqi Azərbaycanın "Pəyame-Nur" universitetinin amfiteatrında baş tutacaq.

Mərasimdə Azərbaycan Respublikası məsələləri ilə maraqlanan yazıçılar, şairlər və İslam İnqilabı fəalları iştirak edəcəklər.

Beynəlxalq Səhər Kanalı mübarək Ramazan ayında bu sənədli filmi ekran etmişdi ki, o zaman tamaşaçılar tərəfindən böyük rəğbətlə qaşılanmışdı. Belə ki, tamaşaçılar Hacı Əlikram sənədli filminin yenidən ekran edilməsini istəyiblər.

Hacı Əlikram sənədli filmi Şərqi Azərbaycan vilayətinin yerli kanalı olan "Səhənd" telekanalı tərəfindən də yayımlanıb.

Beynəlxalq Səhər Kanalının Ərdəbil, Zəncan və Qərbi Azərbaycan vilayətlərindəki tamaşaçılar da bu sənədli filmin yerli telekanallar tərəfindən ekran edilməsini istəyiblər.

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 12