İlham Əliyev hakimiyyətindən asılı məqamlar Azərbaycan Respublikası xalqı problemlərini həll etmək əvəzinə, onlara əzab-əziyyət vermək üçün müxtəlif tədbirlər belə görürlər
well/Aran agentliyi
İlham Əliyev hakimiyyətindən asılı məqamlar Azərbaycan Respublikası xalqı problemlərini həll etmək əvəzinə, onlara əzab-əziyyət vermək üçün müxtəlif tədbirlər belə görürlər.
Qafqaz.İnfo internet saytı İnsan Hüquqları üzrə İctimai Maarifləndirmə Birliyinin rəhbəri İradə Cavadovaya istinadla deyib: Azərbaycan Respublikası 14 saylı həbsxanada aparılan tədqiqatlara əsasən, məhbuslardan namaz qılmaq üçün onu tanıyan məsciddən arayış gətirilməsi tələb olunub!
İradə Cavadova deyib: Bəzi dustaqlar bu arayışı ala bilsələr də, bəzilərinin lazımi arayışı almaq imkanı olmayıb. Çünki bəzi dustaqlar həbsxanaya düşəndən sonra namaz qılmağa başlayıb. Bəs onda bu arayışı haradan və necə ala bilərlər?
İradə Cavadovanın bu məlumatlarına reaksiya olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə bu xəbəri təkzib edərək deyib: Azərbaycan Respublikası qanunlarına əsasən, həbsxanalarda vətəndaşların namaz qılıb ibadət etməsi üçün müəyyən məkanlar nəzərdə tutulmalıdır. Həbsxana rəhbərləri Ramazan ayında dustaqlar üçün lazım olan bütün şəraiti yaradıb, onların səhur və iftar etmələri üçün tədbirlər görüblər.
Bu iddialara baxmayaraq, İnsan Hüquqları üzrə İctimai Maarifləndirmə Birliyinin rəhbəri deyib: Hətta əlaqəli məscidlərdən dindarlıq haqda arayış gətirənlər belə mövcud şəraitdən narazıdırlar. Çünki onlar üçün həbsxanada namaz qılmağa belə yer təyin olunmayıb.
Ekspertlərin fikrincə ümumi tələbin əksinə qanunlar çıxarıb gizlin-aşkar öz mənafeyini qoruyaraq müqəddəs islam dininə zidd qərarlar qəbul edən dövlətdən nə ummaq olar?! Başqa sözlə desək, dindarları susdurmaq üçün əlindən gələni əsirgəməyən dövlətdən nə gözləmək olar ki?! Weakilikesin dediyinə görə İlham Əliyev Ann Dörsi ilə Bakıda görüşü zamanı azərbaycanlı xanımların hicab məsələsindən çox nigaran olduğunu deyib. ABŞ-ın keçmiş səfiri isə İlham Əliyevə bu nigarançılıqdan çıxış yollarını göstərib.
İnsan Hüquqları üzrə İctimai Maarifləndirmə Birliyinin araşdırmalarına əsasən, demək olar ki, Bakı rəsmiləri hətta həbsxanalarda dustaqların namaz qılmasından belə qorxurlar. Təbiidir ki, belə bir dövlət vətəndaşlarını sıxma-boğmaya salacaq ölkə xalqının düşmənləri və əcnəbilərin qeyri-qanuni tələblərinə müsbət cavab verəcək. Əslində bu tədbirlər camaatın namaz başda olmaqla bütün ibadətlərinə mane olmaq deməkdir. Bu vəziyyət ölkə həbsxanalarında çox ciddi surətdə büruz edir. Çünki Azərbaycan Respublikası zindanlarında qəzet, söz azadlığı və bu kimi vasitələr qadağandır. Belə bir şəraitdə xalqın islam və dinə meylindən nigaran olan rəsmi Bakı islamofob siyasətlərinə davam edəcək.
Özünü xalqın nümayəndəsi hesab edən Bakı rəsmiləri müqəddəs islam dini və şiə əhkamını oyuncaq hesab edir, dindar kəsimin küçələrə çıxıb etiraz nəfəsini elə sinəsində boğmaq istəyirlər. aydın məsələdir ki, bu vəziyyət belə davam edərsə, bu ölkənin daxili vəziyyəti daha çox xaoslar yaradacaq və rəsmilərin də bulanlıq sudan balıq tutma ehtimalı sıfır həddinə düşəcək.